Icma.az
close
up
RU
12 gündən sonra bunkerdən çıxan Xamenei nələr görür...

12 gündən sonra bunkerdən çıxan Xamenei nələr görür...

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


İsraillə müharibə zamanı İranda iki həftəyə yaxın gizli bunkerdə qaldıqdan sonra ali lider, 86 yaşlı Ayətullah Əli Xamenei atəşkəs fürsətindən istifadə edərək üzə çıxa bilər. BBC-nin məqaləsində belə deyilir.

ABŞ prezidenti Donald Tramp və Qətər əmirinin vasitəçilik etdiyi kövrək atəşkəsə baxmayaraq, ona ehtiyatlı olmaq məsləhət görülür. Prezident Trampın İsrailə İranın ali liderini “öldürmə” dediyi bildirilsə də, İsrailin Baş naziri ali Benyamin Netanyahu sui-qəsdi istisna etməyib.

Ayətullah Əli Xamenei gizləndiyi yerdən çıxdıqda ölüm və dağıntı mənzərəsini görəcək. Şübhəsiz ki, o, hələ də münaqişədə qələbə qazandığını iddia edərək dövlət televiziyasına çıxacaq. O, imicini bərpa etmək üçün plan quracaq. Lakin Ayətullah Əli Xamenei yeni reallıqlarla, hətta yeni bir era ilə üzləşəcək.

Müharibə İranı əhəmiyyətli dərəcədə zəiflədib və Xameneinin özünü də zəifləmiş bir rəhbərə çevirib.

Müharibə zamanı İsrail tez bir zamanda İranın hava məkanının çox hissəsini nəzarətə götürdü və onun hərbi infrastrukturuna hücum etdi. SEPAH və ordunun yüksək səviyyəli komandirləri qısa müddətdə aradan götürüldü.

Hərbçilərə dəyən zərərin miqyası hələ də aydın deyil və mübahisəlidir, lakin ordunun və SEPAH-ın silah bazalarının dəfələrlə bombalanması İranın hərbi gücünün əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərir. Militarizasiya uzun müddətdir ki, millətin resurslarının böyük hissəsini alıb aparırdı.

ABŞ başda olmaqla, beynəlxalq sanksiyalar iyirmi ildir ki, İranı vurur. Təxminən yüz milyardlarla dollar dəyəri olan nüvə obyektləri hava zərbələri nəticəsində zərər görsə də, dağıntının tam həcmini qiymətləndirmək çətindir.

Bütün bunlar nə üçün idi? – çoxları soruşur.

Çoxsaylı iranlı 1989-cu ildə rəhbər seçilən Ayətullah Xameneini İranı İsrail və ABŞ ilə toqquşma kursuna çıxarmaqda məsul tutacaq. Nəticədə o, ölkəsinə və xalqına böyük ziyan gətirdi.

Xalq onu İsraili məhv etmək kimi ideoloji məqsədə nail olmamaqda günahlandıracaq– bir çox iranlı bu siyasəti heç dəstəkləmirdi. Nüvə statusunun əldə edilməsinin onun rejimini yenilməz edəcəyinə olan inancı da özünü doğrultmadı.

Sanksiyalar İran iqtisadiyyatını iflasa uğratdı, ən böyük neft ixracatçısını yoxsula çevirdi.

Harvard Universitetində qonaq olan professor Lina Xatib deyir: “İran rejiminin bu qədər ciddi gərginlik altında nə qədər davam edə biləcəyini təxmin etmək çətindir, lakin bu, sonun başlanğıcı kimi görünür”.

“Əli Xamenei çox güman ki, sözün əsl mənasında İslam Respublikasının sonuncu “ali rəhbəri” olacaq”.

Yuxarılarda fikir ayrılıqları səslənir. Müharibənin qızğın çağında İranın yarırəsmi xəbər agentliyi xəbər yaydı ki, bəzi yüksək səviyyəli keçmiş rejimin xadimləri ölkənin müqəddəs Qum şəhərində yerləşən və Ayətullahdan kənar olan daha sakit din alimlərini müdaxiləyə və rəhbəri dəyişməyə çağırdı.

Sent-Endryus Universitetinin İranşünaslıq İnstitutunun qurucu direktoru, professor Əli Ənsari "hesab olacaq" deyib.

“Tamamilə aydındır ki, rəhbərlik daxilində böyük fikir ayrılıqları, sadə insanlar arasında isə böyük məyusluq var...”

Elbəyi Həsənli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri