12 il əvvəl öldüyü düşünülən qadın sağ TAPILDI
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Hindistanın Bihar ştatında 2014-cü ildən öldüyü hesab edilən qadın 12 il sonra sağ tapılıb. Məlum olub ki, qadın bütün bu müddət ərzində başqa adla yaşayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.
Şakuntala Devi 2014-cü ildə itkin düşüb. Onun qardaşı polisə müraciət edərək bacısının cehiz məsələsinə görə ərinin ailəsi tərəfindən təzyiqə məruz qaldığını bildirib. Bir neçə gün sonra Xanda kəndi yaxınlığındakı kanalda qadın meyiti aşkarlanıb. Şakuntalanın qardaşı meyitin bacısına məxsus olduğunu müəyyənləşdirib və polis qətl işi üzrə araşdırmaya başlayıb.
Şübhələr qadının həyat yoldaşı Arun Mehtanın üzərinə düşüb. Bundan başqa, onun ailəsinin bəzi üzvləri də həbs edilib. Onlar illər ərzində məhkəmə araşdırmalarında iştirak ediblər. Şakuntalanın əri isə iş üzrə əsas təqsirləndirilən şəxs kimi uzun müddət həbsdə saxlanılıb.
2026-cı ilin sentyabrında polis Şakuntala Devini qonşu Jharkhand ştatında sağ tapıb. Məlumata görə, qadın burada Kanti Devi adı ilə Rattu Sinq adlı kişi ilə birlikdə yaşayıb.
Qadın Bihar ştatına aparılaraq məhkəmə qarşısına çıxarılıb. Hazırda onun barəsində dələduzluq, polisi yanlış yönləndirmə və cinayət sövdələşməsində iştirak şübhələri ilə araşdırma aparılır.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















