Icma.az
close
up
RU
13 il əvvəl itmişdi, tapıldı

13 il əvvəl itmişdi, tapıldı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

13 il əvvəl itən və "Air India" şirkətinə aid olan "Boeing 737-200" sərnişin təyyarəsi tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Belə ki, “VT-EHH” qeydiyyatlı “Boeing 737-200” tipli yük təyyarəsi 2012-ci ildə istismardan çıxarıldıqdan sonra Kəlkətə hava limanında park edilib, lakin sonradan aviaşirkətin daxili qeydlərindən silinib.

İllər ərzində hava limanı rəhbərliyi təyyarəyə görə park haqqı hesablayaraq “Air India”-ya fakturalar göndərməyə davam edib.

Aviaşirkət isə qeydlərində həmin təyyarənin orada park edildiyinə dair məlumat olmadığı əsasını gətirərək uzun müddət bu ödənişlərə etiraz edib.

Vəziyyət Kəlkətə hava limanının təyyarənin ərazidən götürülməsi üçün “Air India”-ya rəsmi müraciət göndərməsindən sonra dəyişib.

“Air India”-nın baş icraçı direktoru Kempbell Uilson (Campbell Wilson) işçilərə göndərdiyi və mətbuata sızan daxili mesajında bu səhlənkarlığı qəbul edib:

“Köhnə bir təyyarənin istismardan çıxarılması qeyri-adi hal deyil, lakin bu hadisə fərqlidir. Çünki söhbət yaxın vaxtlara qədər sahib olduğumuzu belə bilmədiyimiz bir təyyarədən gedir”.

Onun sözlərinə görə, zamanla təyyarə tamamilə unudulub və yalnız Kəlkətə hava limanı rəhbərliyi onun uzaq park sahəsində yerləşdiyini bildirərək götürülməsini tələb etdikdən sonra məsələ üzə çıxıb.

Aparılan araşdırmalar nəticəsində təyyarənin həqiqətən “Air India”-ya məxsus olduğu təsdiqlənib.Aviaşirkət açıqlayıb ki, təyyarə ardıcıl struktur və təşkilati dəyişikliklər zamanı qeydlərdən çıxarılıb.

İlkin olaraq “Indian Airlines” tərkibində xidmətə başlayan təyyarə, 2007-ci ildəki birləşmədən sonra “Air India” donanmasına daxil edilib. Daha sonra yük daşımalarına uyğunlaşdırılıb, “India Post”-a icarəyə verilib və ardınca istismardan çıxarılıb.

Bildirilib ki, təyyarə, o cümlədən “Air India”-nın 2022-ci ildə baş tutan özəlləşdirmə prosesi zamanı da daxili sənədlərə dəfələrlə daxil edilməyib və buna görə əsas təhvil-təslim sənədlərində heç vaxt yer almayıb.

Aviasiya mütəxəssisləri vurğulayır ki, uçuşdan çıxarılmış təyyarələr dəyər deyil, xərc mənbəyinə çevrildiyi üçün aviaşirkətlər adətən bu cür hallardan yayınmaq məqsədilə çox diqqətli davranırlar.

Kəlkətə hava limanı 13 illik park müddəti üçün təxminən 10 milyon rupi (təqribən 120 min ABŞ dolları) məbləğində ödəniş tələb edib. “Air India” borcu ödəməyə razı olduğunu təsdiqləyib.

Təyyarə 14 noyabr tarixində yerləşdiyi ərazidən çıxarılaraq avtomobil yolu ilə Benqaluru şəhərinə daşınıb. Bildirilir ki, köhnə təyyarə burada yerüstü mühəndislik təlimlərində istifadə olunacaq. Təyyarənin boşaltdığı sahə isə hava limanında planlaşdırılan iki yeni anqardan biri üçün ayrılacaq.

Hava limanı rəhbərliyi qeyd edib ki, “VT-EHH” qeydiyyatlı “Boeing 737-200” tipli yük təyyarəsi son beş il ərzində Kəlkətə hava limanından təmizlənən 14-cü atıl vəziyyətdə olan təyyarədir və bu fakt tərk edilmiş təyyarələrlə bağlı nəzarət boşluqlarına diqqət çəkir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri