13 yaşlı qızı qaçırdı, 3 il birlikdə yaşadılar MƏHKƏMƏ HƏBS ETDİ
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
28 yaşlı oğlan 14 yaşına çatmayan qızı qaçırdığı üçün məhkəmə zalında həbs edilib. Onlar 3 il imiş ər-arvad kimi yaşayırmışlar.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Gəncədə baş verib. 28 yaşlı Rəşad (ad şərtidir) 2021-ci ildə 14 yaşına çatmayan Gülsümü (ad şərtidir) evlənmək məqsədi ilə qaçırıb.
Bu münasibətdə Gülsüm də könüllü olub. Onlar 3 ildən çox ər-arvad kimi birlikdə yaşayıblar. Hər ikisi dindirilən zaman deyiblər ki, Gülsümün yaşı tamam olduqdan sonra rəsmi nikaha girməyi düşünüblər.
Rəşada Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Rəşad özünü təqsirli bilsə də deyib ki, Gülsümlə bir-birlərini qarşılıqlı seviblər. O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Gülsümlə Rəşadın münasibətlərinin məhkəməyə gəlib çıxmasının səbəbi aralarındakı mübahisə olub. Belə ki, Gülsüm 2023-cü ildə Rəşadla mübahisə edəndən sonra anasının evinə gedib. Rəşad Gülsümü evə qaytarmaq üçün qayınanasıgilə gedəndə orada mübahisə ediblər. Gülsüm evə qayıtmaqdan imtina edib. Rəşad onlardan gedəndən sonra Gülsüm polisə məlumat verib. Polis məsələni araşdıran zaman Gülsümün 13 yaşında qaçırıldığını müəyyən edib və bundan sonra Rəşad məsuliyyətə cəlb edilib.
Məhkəmədə tərəflər bir-birindən şikayətçi olmayıb. Gülsüm və valideynləri də Rəşada yüngül- həbslə bağlı olmayan cəza verilməsini xahiş ediblər. Lakin məhkəmə Rəşad barəsində sərt qərar qəbul edib.
Məhkəmə araşdırması dövründə polis nəzarətində olan Rəşad məhkəmə zalında həbs edilib. Onun barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















