Icma.az
close
up
RU
“13 yox, 17 yaşında” Dilənçi qızın dəyişikliyi cəmiyyəti iki yerə böldü

“13 yox, 17 yaşında” Dilənçi qızın dəyişikliyi cəmiyyəti iki yerə böldü

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Sosial mediada 13 yaşlı dilənçi qızın “kosmetik dəyişimi” ilə bağlı görüntülər geniş müzakirələr doğurub.

Bir tərəfdən, bu görüntüləri paylaşanlar bunun “xoş niyyətli” təşəbbüs olduğunu iddia edir, digər tərəf - cəmiyyətin böyük bir qismi məsələyə tamamilə fərqli yanaşır.

Məcazi fəza, adətən, hadisələri şişirtməklə gündəmə gətirməklə məşhurdur. Amma bu dəfə baş verənlər sadəcə şou xarakterli deyil, həm də sosial problemə işıq salır. Məsələ ondadır ki, 13 yaşlı qızın üzünü, geyimini dəyişmək onun həyatını dəyişmək mənası vermir. Cəmiyyətin sərt reaksiyasının da kökündə məhz bu dayanır. İnsanlar haqlı olaraq bildirirlər ki, uşaq kosmetik və zahiri dəyişikliklərlə xilas ola bilməz. Dördpendirli pizza

Mövzuda iki məsələ var: birincisi, sosial rifah problemi; ikincisi, etik tərəf.

Uşaqların dilənməsi faciədir. Bu, dövlətin, cəmiyyətin, qeyri-hökumət təşkilatlarının və hər bir fərdin üzərinə düşən məsuliyyəti ortaya qoyur. İkincisi, belə həssas mövzuları reytinq və diqqət naminə paylaşmaq, şouya çevirmək etik baxımdan ciddi yanlışlıqdır. Bir uşağın taleyi tamaşaçı marağına qurban vermək nə dərəcədə doğrudur?

Müzakirələrin ən mühüm məqamı ondan ibarətdir ki, əgər qızı doğrudan da xilas etmək istəyirlərsə, onun görünüşünü dəyişmək yox, parta arxasına qaytarmaq lazım idi. O zaman real dəyişiklik baş verə bilərdi. Çünki təhsil, bilik və düzgün istiqamət hər hansı kosmetik dəyişimdən qat-qat güclüdür.

Videoya diqqətlə baxdıdq görünür ki, həmin qız heç vaxt məktəbə getməyib. Təsəvvür edin, 21-ci əsrin 4-də birini geridə qoymuşuq, amma hələ də cəmiyyət adını belə yaza bilməyən insanlarla doludur.

“Yeni Sabah”a danışan bloqçu və aparıcı Nail Kəmərli bildirib ki, həmin qızın əslində, 13 deyil, 17 yaşı var:

“Həmin qızlar küçədə yaşayırlar. Qaraçıdırlar. 2 bacıdırlar. Yaşayış yerləri yoxdur. Sığınacağa getmək istədiyini desə də, sonra bundan imtina ediblər.

Sosial mediadakı tənqidlərə gəldikdə isə həmin qızın 13 deyil, 17 yaşı var. Şəxsiyyət vəsiqəsinə əsasən 13 yaşı olsa da, öz yaşı 17-dir. Məsələni araşdırmadan, görüntüləri izləmədən hər kəs fikir irəli sürür. Heç kəs işin əslinin nə olduğuna baxmır. Apardığım salonun adına belə baxsalar, görəcəklər ki, burada ancaq saç baxımı, rənglənməsi, boyanması kimi işlər görülür. Orada ümumiyyətlə makyaja aid heç nə yoxdur.

O ki qaldı dodaq boyasına, onu özü çəkdi. Öz istəkləri ilə belə oldu. Biz qarışa bilmərik. Biz etmiş olsaydıq belə, bu qədər qabartmazdıq. Cəmiyyətdə reytinq yığmağın ən gözəl və qısa üsulu tənqid etməkdir”.

Düşünürəm ki, sosial şəbəkələrdəki qızğın müzakirələr sadəcə emosional reaksiya deyil, insanların bu problemlə bağlı narahatlığının təzahürüdür. İndi vacib olan odur ki, bu narahatlıqlar real addımlara çevrilsin. Əks halda, bir qızın üzündəki makiyaj da silinəcək, geyimi də dəyişəcək, amma onun gələcəyi olduğu kimi kölgədə qalacaq".

Bunun ardınca sosial media hesabında paylaşım edən Nail Kəmərli bildirib ki, cəmiyyət olaraq hər kəs o qızı oğru kimi qələmə verib:

“Bu qız 1 il idi ki, saçını yumurdu, baxım etmirdi, onu apardıq, gözəlləşdirdik ki, qadındır. Hətta azyaşlı uşaqları belə model kimi efirlərə çıxardıb bəzəyirlər. Bunu niyə qınayırsız?! Həmin qızın bu gün oğurluq etdiyi yerdə videosunu paylaşmısınız. Mən də bilirdim bunu, amma bununla məşğul olan qurumlar var. Bu qız indi nə qədər depressiya yaşayacaq həmin görüntülərə görə.

Cəmiyyət olaraq onu, oğru kimi qələmə vermisiz. Müsbət nəsə yazsaydınız nə olardı? Niyə ümidlərini qırırsınız? Bir damcı bəzənib deyə hərəniz hər yandan topa tutduz. Nail uzun illərdir oğurluq edən bir qızı gözəlləşmiş bir xanım kimi qələmə vermişdi. Nə etsə də, o görüntüləri paylaşmalı deyildiniz. İmkan verərdiz, yaddaşlarda dodaqlarına boya çəkən xanım kimi qalardı”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri