Icma.az
close
up
RU
Cabirin ölümü cəmiyyəti iki yerə böldü: Rəhmət oxuyanlar və...

Cabirin ölümü cəmiyyəti iki yerə böldü: Rəhmət oxuyanlar və...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ölüm haqqdır deyirlər. İnsan bu haqqla üzləşəcəyi günə qədər bir məsələ barədə də düşünməlidir: bu dünyadan köçəndən sonra məni necə xatırlayacaqlar? Rəhmətmi diləyəcəklər yoxsa qınaq dolu sözlərlə yad edəcəklər?

Adətən dünyadan köçənlərin yalnız müsbət cəhətləri yada salınır, amma əks fikirdə olanlar da az deyil.

Elə “Şən və Hazırcavablar” komandasının üzvü, Əməkdar artist Cabir İmanovun ölümü və ona münasibətdə də bunun şahidi olduq. Sənətçinin ölümü cəmiyyəti iki yerə böldü. Xəbər yayılan ilk anlarda hər kəs kədər dolu statuslar paylaşaraq aktyoru yad etdi. Az keçməmiş sosial şəbəkələrdə əks rəylər də geniş yayıldı. Sezar pizza

Qeyd edək ki, C.İmanov fəaliyyəti dövründə yalnız aktyorluqla kifayətlənməyib, 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışaraq polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin də rəhbəri olub. Şou-biznes nümayəndələri, sənət dostları aktyor haqqında xoş xatirələrini dilə gətirərək ruhuna rəhmət oxudular. Amma cəmiyyətin bəzi nümayəndələrinin fikirləri fərqli oldu.

Jurnalist Sevinc Telmanqızı iddia etdi ki, aktyor 2003-cü ilin oktyabr həbsləri zamanı saxlanılan şəxslərə işgəncə verənlərdən biri olub.

“Hamınız rəhmət oxuyub qurtardızsa, xatırladım ki, 2003-cü il 15-16 oktyabr həbsləri zamanı tutulanlara ən qəddar işgəncələri verən, onları xüsusi həvəslə döyənlərdən biri də Cabir İmanov olub. Adam Əməkdar artist olmaqla yanaşı, zamanında işgəncə maşınının fəal üzvlərindən idi… Həmin iş üzrə məhkəməni izləyənlər, istintaq materiallarından xəbəri olanlar bildi mən nə demək istəyirəm…”, - jurnalist sosial şəbəkə hesabında yazıb.

Əməkdar jurnalist Bahəddin Həzi isə sosial mediada həmin dövrdən yaddaşında qalan bir hadisəni bölüşdü:

“... Çox illər əvvəl idi. İşlədiyim redaksiyada hay düşdü, dedilər, bağda hadisə var. Mən də aşağı endim. Keçmiş “26 Bakı Komissarı” parkında - Mərkəzi Kitabxana ilə üzbəüzdə 7-8 mülki geyimli şəxs bir gənc müxalifətçini üzü üstə yerə uzatmışdı, əllərini arxadan bağlamağa çalışırdı. Gənc çabalayır, əməliyyatçıların əlindən çıxmağa uğursuz cəhdlər edirdi. Qəfildən onlardan biri ayağını gəncin düz sifərinə yapışdırıb, parkın daş plitəsinə sıxdı. Biçarənin az qala gözü çıxıb yerə düşəcəkdi. Gənc bütün gücünü toplayıb, səsi çıxdığı qədər fəryad edirdi:

- Nəfəsim kəsildi, nəfəsim kəsildi...

Gəncin başını parkın daş döşəməsinə sıxan iri, qalın altlıqlı çəkmənin sahibi isə ona söyüşqarışıq bir cümlə ilə belə cavab verdi:

- Hamınızın nəfəsini kəsəcəyik, heç darıxma.

Bu, əvvəlcədən hazır bir cavab olsa da, yox, şən deyildi. Əksinə çox dəhşətli cümlə idi. Allah dünyadan köçən, dünyada qalan hər kəsə rəhmət eləsin! Allah hər birimizin günahlarını bağışlasın!”.

Vəkil Osman Kazımov da aktyorun ölümündən yazıb: 

“Cabir İmanov ölüb. Müxtəlif fikirlər yazılır. 2003-cü il hadisələri ilə baglı məhkəmədə ifadə vermək üçün məhkəməyə çagırılmışdılar. Polislər yalan ifadələr verdikləri üçün gərginlik yaranır, qarşılıqlı təhqirlərə yol verilirdi. Cabir İmanov və onunla gələnlər pəncərədən məhkəmə zalında baş verənlərə baxırdılar. Mən koridora çıxanda mənə yaxınlaşdı.Salam verdi, dedi ki, Osman müəllim sizdən bir yerli kimi xahişim var. Dedim buyur. Dedi uşaqlara deyin bizi söyməsinlər. Dedim işgəncədə iştirak etmisənmi. Pörtdü, dedi hə döymüşəm. Zala keçdim, həbsdə olan dostlardan xshiş etdim ki, Cabirin verəcəyi ifadədən asılı olmayaraq heç kim təhqiramiz ifadə işlətməsin. Cabir yalan ifadə verib getdi. Həbsdə olan dostlarımız yalnız onun işgəncə verdiyini təsdiq etdilər. Hətta sual da vermədilər.

Bəlkə də Cabirin sonralar yaratdığı obrazlar, hətta bəzən dövlət başçısını tənqidi olan səhnələr etdiklərinin peşmançılığı idi.

İkinci xatirəm isə İqbal bəylə baglıdır. Onu el arasında banditizm deyilən idarədə saxlaylrdılar. İqbal bəyə agır işgəncə vermişdilər. İçəri otaga girəndə o vaxt işgəncələr kralı ləqəbi ilə tanınan, banditizmdə şöbə rəisi olan Vaqif mənimlə əl görüşmık istədi. Əlimi geri çəkdim. Dedi yerli mənimlə niyə görüşmədin. Dedim mən cəlladlarla görüşmürəm. Vaqif iqbal bəyə dedi ki, vəkil sənə görə mənimlə görüşmədi. Yəqin İqbal bəy də o səhnəni unutmayıb. Müstəntiqdən Vaqifin otaqdan çıxarılmasını tələb etdim. O isə dedi ki, bura mənimdir deyəsən unutmusan. Dedim yox əksinə İqbal bəy oturan stulu göstərib dedim ki, vaxt gələr sən orda oturarsan.İqbal bəy mübahisəni sakitləşdirdi. Vaqifin də ölümü çox çəkmədi. Həyat hər kəsə nümunə və ibrət olmalıdır. Hər kəsin at minən, atdan düşən və düşürdülən vaxtları var. Elə yaşamaq lazımdır ki, yoxlugunuz mənfi çalarlarla xatırlanmasın.

Keçmişi dəyişmək olmaz, amma bu günü və gələcəyi fərqli yaşamaq olar.

Çox xoşbəxtəm ki, saglam bir ömür, həyat yaşamışam.İnsanlıq dəyərini həmişə uca tutmuşam”.

Rejissor Kənan MM isə sosial şəbəkə hesabında yazıb:

“Kresloda oturanlar, ayılın artıq. Heç kimin haqqını yeməyin, heç kimin qəlbini qırmayın, heç kimin layiq olduğu işi əlindən alıb öz adamlarınıza verməyin. Cabirin dünyadan köçməsi sizə dərs olsun. Ayılın artıq”.

Jurnalist Raminə Eyvazqızı isə C.İmanovla bağlı belə fikirlərə etiraz edib:

“Ölmüş adamın qeybəti! Bu o qədər asandır ki... 20 yaşlarında adam döyən olubsa da, 30-40 yaşlarda ciddi parodiyalar edib, o qədər ciddi ki, televiziyalar qardaşları efirə çıxarmayıblar. Peşəkar jurnalist öləndən sona biri üçün “şey eləmoon” postu paylaşmır!!”.

Tanınmış vəkil Əkrəm Həsənov isə sosial şəbəkə hesabında yazıb:

“Cabir İmanov nadir soydaşlarımızdan biri idi ki, demək olar, hər kəsin ona rəğbəti vardı. Yumorunda da ciddilik, problemləri dilə gətirmək vardı. Allah rəhmət eləsin!”.

Aktyorla bağlı istər müsbət paylaşımlar, istərsə də tənqidi statuslar geniş müzakirələrə səbəb olub, onun tərəfdarları və əleydarları bir-birini qeyri-obyektivlikdə günahlandırıblar.

Ölən insanın arxasınca danışmaq nə qədər doğrudur, bu sualın cavabı mübahisəlidir. Ənənəyə görə ölülər xoş sözlərlə yad edilir. Amma bizim cəmiyyətdə çox vaxt yıxılanı baltalamaq adətə çevrilib. Burada yıxılan günahkardır, yoxsa baltalayan? Bu suala cavab vermək çətindir. Bir həqiqət var ki, xalqın gözü tərəzidir. Baş verən hadisələrin də nə qədər həqiqətə söykəndiyindən xəbərsizəm. Əgər doğrudursa, insanlığımız adına Təəssüf hiis keçiririəm…

Mənim şəxsi düşüncəm isə budur: Cabir İmanov Azərbaycan mədəniyyətinə öz töhfəsini vermiş, sənətdə iz qoymuş sənətkarlardan biri idi. 

Qeyd edək ki, C.İmanov sentyabrın 29-da 49 yaşında vəfat edib.  

Aydan Hacı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri