14 yaşlı oğlan velosipeddən yıxılıb ağır xəsarət aldı Yenilənib
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdamda 14 yaşlı oğlan velosipeddən yıxılaraq xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən idarəetməni itirərək yıxılıb.
Nəticədə X.Muxtarlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) 28.06.2026-cı il tarixində saat 14:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi, mədəcikdaxili qansızma diaqnozları təyin edilən şəxsin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















