Icma.az
close
up
RU
Ev almaq istəyənlərə pis xəbər Mənzil böhranı...

Ev almaq istəyənlərə pis xəbər Mənzil böhranı...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda mənzil sahibi olmaq bir çox insanın ən böyük arzularından biridir. Lakin xüsusilə Bakıda mənzil qiymətlərinin yüksək olması bu arzunu reallaşdırmağı çətinləşdirir. Gənc ailələr və orta gəlirli vətəndaşlar ev almaq üçün illərlə ilkin ödəniş toplamalı, daha sonra isə 20-25 il müddətinə kredit öhdəliyinin altına girməli olurlar. Bəzən aylıq gəlirin böyük hissəsi ipoteka ödənişinə yönəlir, insanlar digər ehtiyaclarından imtina etməli olurlar. Bəs insanları bu qədər uzun müddət kredit ödəməyə vadar edən nədir?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Elşən Bağırzadə bildirib ki, Azərbaycanda, xüsusilə də Bakıda mənzil qiymətləri ilə əhalinin gəlirləri arasında ciddi uyğunsuzluq var:

“Orta əməkhaqqı alan bir vətəndaşın yalnız öz gəlirləri hesabına mənzil alması olduqca çətindir. Hətta ailədə iki nəfər işləsə belə, gündəlik yaşayış xərclərini nəzərə aldıqda mənzil almaq üçün kifayət qədər vəsait toplamaq uzun illər tələb edir. Üstəlik, iqtisadi fəaliyyətin və iş yerlərinin böyük ölçüdə Bakıda cəmləşməsi paytaxtda mənzilə tələbi və qiymətləri artırır. Sərfəli qiymətə məhsullar

20-25 illik ipoteka krediti götürmək insanların çoxu üçün sərbəst seçimdən daha çox iqtisadi zərurətdir. Kredit müddəti uzandıqca aylıq ödəniş azalır, lakin ödənilən ümumi faiz məbləği artır. Məsələn, illik 8 faizlə 25 il müddətinə 100 min manat ipoteka krediti götürən şəxs bank qarşısında ümumilikdə təxminən 232 min manat ödəniş etmiş olur. Bununla belə, mənzil qiymətlərinin və kirayə haqlarının artması, inflyasiya və gələcəkdə nominal gəlirlərin yüksəlməsi ehtimalı uzunmüddətli ipotekanı müəyyən hallarda iqtisadi baxımdan məqbul edə bilər”.

E.Bağırov qeyd edib ki, burada əsas məsələlərdən biri də aylıq ipoteka ödənişinin ailə büdcəsində hansı paya malik olmasıdır:

“Arzuolunandır ki, bu ödəniş ailənin xalis aylıq gəlirinin 30-35 faizini aşmasın. Əks halda, ailənin təhsil, səhiyyə, istirahət, mədəniyyət, yığım və investisiya imkanları ciddi şəkildə məhdudlaşa bilər. İş yerinin itirilməsi və ya gözlənilməz xərclərin yaranması isə ailəni ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər.

Azərbaycanda mənzil probleminin həllini yalnız ipoteka kreditlərinin genişləndirilməsində görmək doğru deyil. Əhalinin real gəlirlərinin artırılması, əlçatan mənzil təklifinin genişləndirilməsi, kirayə mənzil bazarının inkişaf etdirilməsi və iqtisadi fəaliyyətin regionlar üzrə daha tarazlı yerləşdirilməsi də vacibdir. İnsanların mənzil sahibi olmaq arzusu onların digər həyati ehtiyaclarından uzun illər ərzində imtina etməsi hesabına reallaşmamalıdır”.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri