Icma.az
close
up
RU
15 ildir gəzə bilmirdi, dizindən 25 daşlaşmış şiş çıxarıldı FOTO

15 ildir gəzə bilmirdi, dizindən 25 daşlaşmış şiş çıxarıldı FOTO

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Malatya şəhərində 73 yaşlı Elif Büyükbirerin 15 ildir davam edən diz ağrısının səbəbi aparılan müayinələr nəticəsində ortaya çıxıb.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnönü Universiteti Turgut Özal Tibb Mərkəzində həyata keçirilən uğurlu əməliyyat zamanı Büyükbirerin dizindən 24 ədəd daşlaşmış şiş çıxarılıb. Uzun illər ağrıdan əziyyət çəkən və gəzə bilməyən Elif Büyükbirer çarəni Turgut Özal TibbMərkəzində tapıb. Aparılan ətraflı müayinələrdə xəstənin diz oynağında xəmirləşmiş dərəcədə kalsifikasiya, həm də nadir rast gəlinən “sinovialkondromatoz” adlı xəstəlikdən yaranmış çox sayda daşlaşmış şiş aşkarlanıb. Ortopediya və travmatologiya üzrə mütəxəssis prof. Dr. Reşit Sevimli tərəfindən həyata keçirilən əməliyyatda xəstənin dizindən 24 ədəd daşlaşmış şiş təmizlənib. Həmçinin eyni vaxtda total diz protezi də tətbiq edilib.

Prof. Dr.Sevimli əməliyyatın çox nadir bir hadisə olduğunu qeyd edib: “Elif xanımın dizində həm şiş, həm də kalsifikasiya mövcud idi. Bu iki halın eyni anda baş verməsinə çox nadır hallarda rast gəlinir. Diz oynağından "oynaq daşları"’ adlandırdığımız 24 ədəd kütlə çıxardıq. Daha sonra total diz protezi əməliyyatını da həyata keçirdik. Hazırda xəstəmiz rahat şəkildə gəzə bilir.”

Professor əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşı olduğunu bildirib: “Adətən bu tip hallarda bir və ya iki şiş olur, lakin bu xəstəmizdə tam 24 daşlaşmış kütlə aşkarladıq. Xəstə indi dizini rahat hərəkət etdirə bilir və qısa müddətdə xəstəxanadan çıxarılacaq. Bu tip xoşxassəli şişlərdə belə erkən diaqnoz çox önəmlidir. Elif xanıma diaqnoz bir qədər gec qoyulmuşdu, amma sürətli müdaxilə ilə uğurlu nəticə əldə etdik.”

Elif Büyükbirer əməliyyatdan sonra sevincini jurnalistlərlə paylaşıb: “15 ildir bu ağrını çəkirdim, getdiyim heç bir yerdə diaqnoz qoyulmamışdı. Artıq gəzə bilmirdim. Nəhayət, buraya yönləndirildim, Reşit həkim dərhal diaqnozu qoydu, əməliyyat olundum. İndi çox şükür, rahatam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri