Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

15 illik Meta əməkdaşı şirkəti təcavüz və ayrı seçkilik iddiaları ilə məhkəməyə verdi

15 illik Meta əməkdaşı şirkəti təcavüz və ayrı seçkilik iddiaları ilə məhkəməyə verdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Meta" şirkətinin ən köhnə əməkdaşlarından biri olan Kelli Stounleyk cinsi qısnama, gender ayrı-seçkiliyi və qisas tədbirləri ilə bağlı iddialarla şirkətə qarşı məhkəmə iddiası qaldırıb. 

Qaynarinfo xəbər verir ki. Vaşinqton ştatında açılan iddiaya əsasən, Stounleyk 15 il ərzində "Meta"da çalışıb və son olaraq direktor vəzifəsinə qədər yüksəlib. Lakin onun sözlərinə görə, 2009-cu ildə işə başladığı andan 2024-cü ildə işdən çıxarılana qədər davamlı olaraq cinsi qısnama və ayrı-seçkiliyə məruz qalıb.

Stounleyk "Meta"nın cinsi qısnama və zorakılıq şikayətlərinə qarşı heç bir tədbir görmədiyini, rəhbərliyə təqdim etdiyi irqçilik və uşaq təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə qisas tədbirləri ilə üzləşdiyini və kişi əməkdaşlar tez-tez vəzifədə yüksəldiyi halda özünün davamlı olaraq gözardı edildiyini iddia edir.

Məhkəmə iddiasına görə, işdən çıxarıldığı dövrdə Stounleyk iş mühitində qarşılaşdığı ayrı-seçkilik səbəbilə ciddi psixoloji sarsıntı keçirib və post-travmatik stress pozuntusuna görə müalicə alıb. ""Meta isə məhkəmə prosesi davam etdiyi üçün məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Stounleykin iddiaları "Meta"dakı daha geniş miqyaslı problemlərlə əlaqəli ola bilər. "TechCrunch" nəşrinə danışan keçmiş əməkdaş məhkəmə iddiası qaldırmağın "hesabatlılıq tələb etməyin yeganə, hətta ən yaxşı yolu" olduğunu bildirib.

Məhkəmə sənədlərinə görə, Stounleyk "Meta"ya qoşulduqdan qısa müddət sonra bir iş yoldaşı onu şirkət tədbiri zamanı razılığı olmadan təcavüzə məruz qoyub. O, işini yeni başladığı və karyerasına zərər vermək istəmədiyi üçün həmin dövrdə bu hadisəni rəhbərliyə bildirməkdən çəkinib. 2011-ci ildə isə bir işgüzar səfər zamanı rəhbərinin ona cinsi təcavüz etdiyini və vəzifədə irəliləməsi üçün onunla birlikdə olmalı olduğunu söylədiyini iddia edir. Stounleyk bu təklifi rədd etdikdə vəzifədə yüksəlməyib. Onun sözlərinə görə, həmin rəhbərini təcavüzə görə şikayət etsə də, "Meta" heç bir tədbir görməyib və həmin şəxs illərlə öz vəzifəsində qalmağa davam edib.

2012-ci ildə Palo-Alto ofisindən Sietldəki ofisə keçən Stounleyk burada direktor vəzifəsinə qədər yüksəlib. Lakin 2020-ci ildə, "Black Lives Matter" (BLM) etirazları zamanı bir rəhbərinin "Blue Lives Matter" simvolunu profil şəklinə çevirməsi ilə bağlı xəbərdarlıq etdikdə ayrı-seçkiliyə məruz qaldığını bildirir. Məhkəmə iddiasına görə, həmin rəhbər ona "Zənci uşaqlar günahsız başlayır, amma böyüdükcə dəstələrə qoşulub cinayətə bulaşırlar" deyib.

Stounleyk bu hadisədən sonra "Meta"nın insan resursları şöbəsinə müraciət etsə də, şikayətinin nəzərə alınmadığını iddia edir. Eyni dövrdə iki dəfə vəzifədə yüksəlmək üçün müraciət etsə də, kişi işçilərin ondan öncə vəzifəyə gətirildiyini qeyd edir.

2022-ci ildə "Meta"nın virtual reallıq platforması "Horizon Worlds"ün marketinq komandasına keçən Stounleyk burada irqçi ifadələrin artdığını və uşaqlar üçün kifayət qədər təhlükəsizlik tədbirlərinin olmadığını rəhbərliyə bildirdiyini, lakin buna görə qrup iclaslarından kənarlaşdırıldığını və ona daha az məsuliyyət verildiyini bildirir. Məhkəmə iddiasına əsasən, bir sınaq zamanı qaradərili avatar istifadə edən bir oyunçu platformaya daxil olduqdan cəmi 34 saniyə sonra irqçi təhqirlərə məruz qalıb.

"Meta"nın təhlükəsizlik tədbirlərini artırmasını tələb edən Stounleyk bu tələbindən sonra komanda görüşlərindən kənarlaşdırıldığını və ona daha az iş tapşırıldığını iddia edir. 2023-cü ildə vəzifədə irəliləmə tələbi yenidən rədd edildikdə isə psixoloji gərginliyə daha çox dözə bilməyərək təcili tibbi məzuniyyətə çıxıb və post-travmatik stress pozuntusuna görə müalicə alıb. 2024-cü ildə isə Meta-nın kütləvi ixtisarları çərçivəsində işdən çıxarıldığı bildirilib.

Keçmişdə "Meta"nın sosial məsələlərə həssas yanaşmasından təsirləndiyini deyən Stounleyk Mark Zukerberqin 2013-cü ildə "Pride" yürüşünə qatılmasını və 2017-ci ildə Harvard Universitetindəki çıxışını ilhamverici hesab etdiyini bildirib. Lakin indi bunların səmimi deyil, sadəcə nümayiş məqsədilə edildiyinə inandığını söyləyir.

"Vəzifədə irəlilədikcə daha çox insanı qoruya biləcəyimi və şirkət mədəniyyətini dəyişdirə biləcəyimi düşünürdüm. Amma reallıq budur ki, rəhbər vəzifələrdə olan kişilər vəzifədə yüksəldikcə, tənqidə dözümsüzlükləri də artırdı", deyə Stounleyk bildirib.

Onun sözlərinə görə, "Meta" təkcə bir texnologiya şirkəti deyil, eyni zamanda qlobal təsirə malik olduğu üçün böyük bir məsuliyyət daşıyır. "Meta"nın zərər vermə potensialı yalnız texnologiya şirkətlərinin çata biləcəyi bir səviyyədədir" deyən keçmiş əməkdaş məhkəmə iddiasının yalnız öz təcrübəsi ilə bağlı olmadığını, eyni zamanda şirkətin ümumi mədəniyyəti haqqında daha böyük bir mesaj verməli olduğunu vurğulayıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri