Icma.az
close
up
RU
Xalqın yekdil seçimi ŞƏRH

Xalqın yekdil seçimi ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunduqdan sonra xalqımız əsrlər boyu həsrətində olduğu azadlığa qovuşdu. Lakin müstəqilliyin elan olunması hələ müstəqil dövlət qurmaq demək deyildi. 1991–1993-cü illərdə Azərbaycan Respublikası öz tarixinin ən dəhşətli, mürəkkəb və təhlükəli dövrünü yaşadı.
Ölkədə dövlətçilik təcrübəsinin, siyasi iradənin və vahid hərbi komandanlığın olmaması xaosu, hərc-mərcliyi və idarəolunmazlığı pik həddə çatdırmışdı. Bir tərəfdən Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımız ard-arda işğal olunur, yüz minlərlə soydaşımız öz doğma ocaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşürdü. Digər tərəfdən isə daxildə gedən siyasi çəkişmələr, hakimiyyət uğrunda amansız mübarizə və müxtəlif silahlı qruplaşmaların özbaşınalığı dövlətin sütunlarını sarsıdırdı.
1993-cü ilin iyun ayında Gəncə şəhərində baş verən qardaş qanı tökülməsi ilə nəticələnən hadisələr ölkəni açıq-aşkar vətəndaş müharibəsinin və parçalanmanın kənarında saxladı. Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək, bir neçə xırda regiona bölünmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt hakimiyyətdə olan siyasi qüvvələr idarəetməni tamamilə itirmiş, ölkəni uçurumdan xilas etmək gücündə olmadıqlarını etiraf etmişdilər.
Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz tarixi uzaqgörənliyini və müdrikliyini nümayiş etdirdi. Xalq yaxşı anlayırdı ki, ölkəni bu dəhşətli böhrandan, fəlakətdən və parçalanmadan xilas edə biləcək yeganə şəxsiyyət zəngin dövlətçilik təcrübəsinə, dəmir iradəyə, beynəlxalq nüfuza və sonsuz xalq sevgisinə malik olan Görkəmli Dövlət Xadimi Heydər Əliyevdir.
1993-cü ilin iyun ayında xalqın, ziyalıların, müxtəlif təbəqələrin təkidli və təxirəsalınmaz xahişləri ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. İyunun 9-da Bakıya gələn dahi rəhbər dərhal operativ addımlar ataraq vəziyyəti sabitləşdirmək istiqamətində işlərə başladı. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi tarixində "Milli Qurtuluş Günü" kimi həkk olundu.
1993-cü il oktyabrın 3-də Azərbaycanda açıq, demokratik və şəffaf şəraitdə növbədənkənar Prezident seçkiləri keçirildi. Bu seçkilər sadəcə bir siyasi səsvermə deyil, Azərbaycan xalqının öz gələcəyini, müstəqilliyini və dövlətçiliyini səsə qoyduğu tarixi bir imtahan idi. Heydər Əliyev mütləq üstünlüklə — səsverənlərin 98,8 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
1993-cü il 3 oktyabr seçkilərindən sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrində köklü, sistemli və uzaqgörən islahatlara start verildi. Ölkədə mərkəzi hakimiyyətə tabe olmayan silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin (1994-cü il oktyabr və 1995-ci il mart hadisələri) qarşısı qətiyyətlə alındı. 1995-ci il noyabrın 12-də Ümummilli Liderin birbaşa müəllifliyi ilə müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası ümumxalq referendumu ilə qəbul edildi. İlk parlament seçkiləri keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritetinə çevrildi. Səpələnmiş könüllü batalyonlar buraxılaraq vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunun təməli qoyuldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 8 ölkəsinin 11 iri neft şirkəti ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi müstəqilliyinin bünövrəsini qoydu. Heydər Əliyevin müəllifi olduğu Neft Strategiyası sayəsində ölkəyə milyardlarla dollar xarici sərmayə axdı, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin təməli qoyuldu. Ulu Öndər azərbaycançılıq ideologiyasını milli həmrəyliyimizin və dünya azərbaycanlılarının birliyinin təməl daşına çevirdi. Ana dilimizin qorunması, latın qrafikalı əlifbaya tam keçidin təmin olunması, mədəniyyət və elm xadimlərinə dövlət qayğısının artırılması Heydər Əliyev siyasətinin ana xəttini təşkil edirdi.
Heydər Əliyev tərəfindən təməli qoyulmuş güclü dövlətçilik xətti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla və əzmkarlıqla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə siyasi, iqtisadi və hərbi sahədə misilsiz zirvələr fəth etmişdir. Heydər Əliyevin ən böyük arzusu və vəsiyyəti olan torpaqlarımızın işğaldan azad edilməsi missiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində tam və qətiyyətlə yerinə yetirildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ölkənin bütün ərazisində tam bərpa olundu.
1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi Prezident seçməklə yalnız özünə rəhbər seçmədi, öz milli varlığını, müstəqilliyini, bu gününü və işıqlı gələcəyini seçdi.
Həmin gün atılan tarixi adım olmasaydı, bu gün qüdrətli, qalib, ərazi bütövlüyünü tam bərpa etmiş, regionun liderinə və beynəlxalq aləmin nüfuzlu söz sahibinə çevrilmiş müstəqil Azərbaycan Respublikası var ola bilməzdi. Məhz buna görə də 3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan dövlətçiliyinin nicat, dirçəliş və Zəfər yolunun başlanğıcı kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri