Icma.az
close
up
RU
Siyasi Dirçəliş: 15 İyun ŞƏRH

Siyasi Dirçəliş: 15 İyun ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mən Azərbaycan xalqının bu ağır dövründə, respublikanın belə çətin anlarında xalqın təkidli dəvətinə cavab verməməyə mənəvi cəhətdən haqlı deyildim”

Ulu Öndər Heydər Əliyev

1991-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, ilk illərdə ordu, dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla bütün sahələrində boşluq var idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə güclü xaos, özbaşınalıq və pərakəndəlik hökm sürür. Bundan başqa bölgələrdə separatçılıq və parçalanma meylləri baş qaldırır, Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planları tam gücü ilə işə düşür.

1991-1993-cü illərdə ölkədə siyasi xaos, sosial-iqtisadi iflasla yanaşı Ermənistanın təcavüzü Azərbaycanın birmənalı şəkildə məhv edilməsinə xidmət edirdi. Bakıda idarəolunmaz siyasi ambisiyalar, qeyri-qanuni silahlı qruplaşmaların hakimiyyət uğrunda mübarizəsi bütün ölkəni iflic vəziyyətinə salır. Bundan başqa cəbhədə baş verən hadisələr, Qarabağ torpaqlarının işğalı ölkədəki böhranı kulminasiya nöqtəsinə çatdırır. Bütün bunlar azmış kimi ölkədə inflyasiya dözülməz həddə çatır, istər sənaye, istərsə də kənd təsərrüfatı demək olar ki, çökür, Xalq işsizlik və aclıqla mübarizə aparır.

1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev belə çətin bir dönəmdə hakimiyyətə gələrək, Xalqın Səsi olur. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir. Sonralar, 1997-ci ildə millət vəkilləri həmin tarixin təqvimə Milli Qurtuluş Günü kimi daxil edilməsini təklif edirlər və Milli Məclis həmin təklifi bəyənərək, səsə qoyur. Beləliklə, həmin gün – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilməyə başlanılır. 2003-cü ildən isə Milli Qurtuluş Gününə rəsmi dövlət bayramı statusu verilir və həmin gün qeyri-iş günü hesab edilir.

15 İyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkə parçalanmaqdan, məhv olmaqdan xilas edilərək, dönüş nöqtəsi yaşayır. Ulu Öndər Heydər Əliyev rəhbərliyə qayıtdığı ilk gün fəaliyyətinin əsas amalını və respublikanın düşdüyü ağır vəziyyətdən çıxış yolunu bu sözlərlə ifadə etmişdi: "Azərbaycan Respublikasının ali dövlət hakimiyyətinə gəlməyimi mən xalqın bu ağır dövründə respublikanın çətin anlarında xalqın təkidli dəvətinə cavab kimi qəbul edirəm. Mən bu vəzifəyə gələrkən onun nə qədər çətin, ağır və məsuliyyətli olduğunu tam dərk edirəm. Amma eyni zamanda özümü o qədər də məsuliyyətli hiss edirəm ki, mən öz xalqımın bu ağır dövründə xalqın dəvətinə yox deyə bilməzdim. Mənə göstərilən bu böyük etimadı doğrultmaq üçün bütün varlığımla çalışacağam, bütün həyatımı bu işə həsr edəcəyəm və bütün fəaliyyətimi bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsinə, suverenliyinin bərpasına, ərazi bütövlüyünün təmin olunmasına bəxş edəcəyəm".

Ulu Öndər Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə gəlişindən qısa müddət sonra ölkədəki xaotik vəziyyət tədricən düzəlməyə başlayır, Azərbaycan zamanla regionun lider dövlətinə çevrilir.

Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə o vaxtlar ilk növbədə ölkədəki qeyri-qanuni silahlı qruplaşmalar zərərsizləşdirilir, daxili asayiş bərpa olunur, vətəndaş müharibəsi təhlükəsi tamamilə ortadan qaldırılır. Bundan başqa dövlət orqanlarında normal fəaliyyət təmin edilir.

Ulu Öndər Heydər Əliyev professional, nizami Azərbaycan Ordusunun təməlini qoyaraq, cəbhədə atəşkəsə nail olur, bu da ölkə daxilindəki islahatları aparmaq üçün zəmin yaradır.

Ulu Öndər Heydər Əliyevin apardığı islahatlar bununla da yekunlaşmır, o, Azərbaycanın regionda liderliyini qoruyub-saxlaması üçün bir çox müqavilələr, sərəncamlar imzalayaraq, qonşu ölkələrlə isti münasibətlər qurur. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” isə Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmasına şərait yaradaraq, ölkənin gələcək iqtisadi müstəqilliyinin möhkəm təməlini qoyur.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycanın ilk fundamental Konstitusiyasını qəbul edilir. Bu Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində, eyni zamanda insan hüquqlarının qorunması sahəsində mühüm islahatların həyata keçirilməsi ilə nəticələnir.

Milli Qurtuluş Gününün gətirdiyi siyasi sabitlik, güclü dövlət konsepti, həmçinin iqtisadi potensial Azərbaycanı addım-addım özünün ən böyük hədəfi olan torpaqlarının azadlığına doğru aparır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir dövlətçilik, ordu quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyev 15 iyun hadisələrinin fonunda ölkənin o dövrdəki acınacaqlı vəziyyətini xatırladaraq, qurtuluşun Azərbaycanı real məhvdən xilas etdiyini vurğulayır: "Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Azərbaycan faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, başıpozuqluq hökm sürürdü, vətəndaş müharibəsi başlamışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi bu bəlalardan xilas etdi. Məhz 15 iyun tarixi Azərbaycanın xilas günü, müasir dövlətçiliyimizin qurulması günü oldu".

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, həmçinin suverenliyini tam bərpa etməsinə nail olur.

Milli Qurtuluş Günü keçmişdə qalan tarixi hadisə deyil, Azərbaycanın bu gün də yaşadığı müstəqilliyin, azadlığın, regional liderliyin real təminatçısıdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində rəhbərliyə gəlməsəydi, bəlkə də bu gün nə Azərbaycan dövlətindən, nə də bütöv rəqəmsal xəritəmizdən bəhs etmək mümkün olardı. Ona görə də böyük qürurla deyə bilərik ki, 15 İyun – milli qürur, dövlətçilik iradəsi və dirçəliş bayramıdır.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see384

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see375

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see372

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see313

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see286

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see280

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see273

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see268

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see255

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see249

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see247

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see246

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see242

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see234

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see233

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see220

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see216

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see203

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri