Ağdaşın 11 kəndində işıq olmayacaq Yenilənib
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ağdaşın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 2-də Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq “Pirkəkə” hava xəttində təmir işi aparılacaq.
Görüləcək işlərlə əlaqədar rayonun Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
***
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.
Rayon ərazisində yerləşən Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov, Uluxanlı küçələri, Hüseyn Cavid və Mətbuat prospektləri, İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 02 Noyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















