150 milyard dollarlıq mirası necə bölüşdürəcəklərini bilmirlər
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyanın ən varlı investorlarından biri Uorren Baffetin övladları Syuzan, Hovard və Piter atasından qalacaq 150 milyard dollardan çox sərvəti necə idarə edəcəklərinə hələ qərar verməyiblər.
Axşam.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Baffetin övladlarının hər birinin öz xeyriyyə fondu var. Onlar təhsil, humanitar yardım və sosial layihələri dəstəkləyirlər.
73 yaşlı Syuzan Baffet mirasın ümumi xeyriyyə fonduna yönəldilməsi və ya övladlar arasında bölüşdürülməsi variantlarının nəzərdən keçirildiyini bildirib. Baffetin böyük oğlu Hovard humanitar yardımları davam etdirmək niyyətində olduğunu deyib. Kiçik oğlu Piter isə milyardlarla dollara sahib olmağı düzgün hesab etmədiyini və bu cür sərvətin bir şəxsin əlində cəmləşməsinə qarşı olduğunu vurğulayıb.
Qeyd edək ki, Uorren Baffet sərvətinin böyük hissəsini xeyriyyə məqsədlərinə bağışlamağı vəsiyyət edib. Hesablamalara görə, mirası 20 il ərzində xeyriyyə məqsədilə tam xərcləmək üçün övladlarının ildə ümumilikdə 17,6 milyard dollar ianə etməsi lazım gələ bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 20 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















