150 nəfəri ölümdən xilas etdi, Netanyahu ilə görüşdü Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişin ilə görüşüb.
“Qafqazinfo” “Ynet” nəşrinə istinadən xəbər verir ki, görüş Ben-Qurion hava limanında baş tutub.
Sərnişin Yaniv Xayon Baş nazirin qarşısına üzərində qan ləkələri olan köynəkdə çıxıb. Məlumata görə, məhz Xayon kapitanı bıçaqlayan və təyyarəni yerə çırpmaq istəyən cinayətkarı zərərsizləşdirməyə müvəffəq olub.
“Mən hücum edəni tutdum, onu boğmağa başladım və kabinədən bayıra çəkdim. Köməyə adam çağırdım və təyyarənin şturvalını özümə doğru çəkdim. Təyyarə düzəlməyə başladı və həmin an sərnişinlər arasında olan şəxs – hansı ki, o da pilot idi – idarəetməni öz üzərinə götürdüyünü bildirdi”, – deyə o, dəhşətli anları təsvir edib:
Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında BƏƏ-dən İsrailə uçan “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilotlar sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu insidenti rəsmən terror aktına cəhd kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Sentyabr 2026 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















