16 yaşlı şəxslərə sürücülük vəsiqəsi tələbi qoyulacaq Ekspertdən AÇIQLAMA
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Azərbaycanda 16 yaşını tamamlamış şəxslər müəyyən idarəetmə hüququna malikdir. Amma sürücülük vəsiqəsi almaq üçün vətəndaşın 18 yaşında olması tələb olunur. Əgər biz moped sürücülərindən sürücülük vəsiqəsi tələb edəcəyiksə, onların yaşı 16-dır. Belə olan halda sürücülük vəsiqəsinin verilməsi yaş həddi necə müəyyənləşdiriləcək sualı yaranır".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, bildirib ki, bu vəziyyət, hüquqi və praktiki baxımdan bir qədər uyğunsuzluq yaradır:
"Görünür ki, burada müəyyən uzlaşmaya ehtiyac var. Bir tərəfdən, sürücülük vəsiqəsinin yaş həddini aşağı salmaq mümkün ola bilər, amma bu addım qanuni və təhlükəsizlik aspektləri baxımından ciddi müzakirə tələb edir. Digər tərəfdən, moped sürücülər üçün alternativ bir icazə və ya fərqli bir yanaşma tətbiq etmək olar ki, tərs mütənasiblik yaranmasın və sistemdə qarışıqlıq olmasın".
Ekspert bildirib ki, əsas məsələ sürücülük hüququ ilə yaş həddi arasında uyğunluğun təmin edilməsidir ki, həm hüquqi baxımdan, həm də praktiki tətbiq baxımından sistemin işləkliyi qorunub saxlanılsın.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu şəxslərə sürücülük vəsiqəsi verilməyəcək?
04 İyul 2025 10:14
Bu şəxslərə sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK XƏBƏRDARLIQ
17 Aprel 2025 11:55
Bu şəxslərə sürücülük vəsiqəsi verilməyəcək? + VİDEO
15 İyun 2025 20:51
ŞOK QƏRAR: Bu şəxslərə sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK
11 İyun 2025 13:46
Dollar ucuzlaşacaq Ekspertdən AÇIQLAMA
23 Aprel 2025 22:16