167 sm boyu ilə rekorda imza atdı
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev dünya çempionatlarında XXI əsrin başla qol vuran ən qısaboylu futbolçusu olub.
QOL.az xəbər verir ki, bu barədə "Opta" statistik platforması məlumat yayıb.
22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsində Kolumbiyaya qarşı keçirilən oyunda (1:3) fərqlənib. Hazırda Türkiyənin "Başakşehir" klubunda çıxış edən Fayzullayevin boyu 167 sm-dir. Bununla da o, XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən qısaboylu oyunçu rekordunu yeniləyib.
Əvvəlki rekord Uruqvay millisinin yarımmüdafiəçisi Corcian de Arraskaetaya məxsus idi. O, DÇ-2022-də Qana ilə matçda başla qol vurmuşdu. Futbolçunun boyu 173 sm-dir.
Bundan başqa, Abbosbek Fayzullayev Özbəkistan millisinin mundiallar tarixində ilk qolunun müəllifi olub.
Baxış sayı:119
Bu xəbər 18 İyun 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















