Icma.az
close
up
RU
17 maddəlik sülh sazişinin əsas elementi budur…

17 maddəlik sülh sazişinin əsas elementi budur…

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Axar.az sabiq deputat, iqtisadçı alim Vahid Əhmədov Teleqraf-a müsahibəsini təqdim edirik:

- Vahid müəllim, Azərbaycanla Ermənistan arasında sülhlə bağlı mühüm nəticələr əldə edildi. İlkin sülh mətni artıq paraflandı. Siz necə düşünürsünüz, uzun on illiklər düşmənçilik mövqeyində olan iki xalq arasında nəhayət, barışıq olacaqmı?

- Artıq Azərbaycanla Ermənistan arasında münaqişə vəziyyətinə son qoyulduğunu demək olar. Sülh sənədinin mətni Xarici İşlər nazirləri tərəfindən paraflanıb. Amma bu yekun sülh sazişi deyil. Müəyyən müddətdən sonra buna da nail olmaq mümkün olacaq. Buna baxmayaraq, ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sənədinin 17 maddəlik prinsiplərinin paraflanması mühüm addım idi. İlkin sülh sənədində Azərbaycanın bütün şərtləri əksini tapıb. Azərbaycan üçün əhəmiyyətli olan Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi və bu yolla Türkiyəyə, Orta Asiyaya, Çinə, Qazaxıstana çıxışın əldə olunması tarixi hadisədir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra yekun sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq.

- Zəngəzur dəhlizinin ABŞ-a məxsus özəl şirkətin icarəsi əsasında açılmasına region dövlətlərinin də reaksiyası var. Buna qarşı olan cəhdlər prosesi əngəlləyə bilərmi?

- Bu məsələyə İran və Rusiyadan olan reaksiyalar daha çox önə çıxır. Amma onlar nə qədər narazılıq etsələr də, bu həll olunmuş məsələdir. Burada başlıca təminatçı ABŞ-dır. Bu eyni zamanda Azərbaycan Prezidentinin apardığı siyasətin uğurlu nəticəsidir. Azərbaycan 44 günlük müharibədə heç kəsin yardımı olmadan tarixi zəfər qazandığı kimi siyasi-diplomatik müstəvidə də müsbət nəticələr əldə edir. Çünki heç kəs gözləmirdi ki, Rusiya ilə ciddi siyasi, iqtisadi, humanitar əlaqələri olan dövlət birdən-birə Avropa və ABŞ-lə bu cür yüksək səviyyəli münasibətlər qura bilsin. Sözsüz ki, bu bir günün işi deyil. Uzun müddət bu istiqamətdə aparılan danışıqların nəticəsində bu uğurlara nail olunub.

- Cənubi Qafqazdakı dəyişikliklərə ilkin reaksiyalar nədən ibarətdir? Regionda maraqlı olan qüvvələr bu məsələdə ortaq məxrəcə gələ biləcəkmi?

- Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya-Ukrayna məsələsi, Cənubi Qafqaza dair mövzular da müzakirə edilib. Nəticə olmasa da, Cənubi Qafqazda baş verəcək proseslər bir daha diqqətə çatdırılıb. Azərbaycanla Ukrayna arasında da çox yaxşı münasibətlər var. Ona görə də müharibənin bitməsi və sabitliyin olması rəsmi Bakının marağında olan məsələdir. Sözsüz ki, əldə edilən razılaşmalar Cənubi Qafqazdakı hadisələrin də mahiyyətinə təsirsiz ötüşmür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri