17 yaşlı gənc gömrük əməkdaşını anasına görə öldürübmüş TƏFƏRRÜAT FOTO
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.
"Cebheinfo.az" SAVASHMMEDİA.az-a istinadən xəbər verir ki, teleqraf-ın özəl mənbədən əldə etdiyi məlumata görə, A.Mustafayev 17 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb.
Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır. Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb. 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


