Icma.az
close
up
RU
17 yaşlı qıza Alzheimer diaqnozu qoyuldu Elm dünyası şokda

17 yaşlı qıza Alzheimer diaqnozu qoyuldu Elm dünyası şokda

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində 17 yaşlı gəncə erkən yaşda Alzheimer diaqnozu qoyulub. Xəstəliyin bu qədər gənc yaşda ortaya çıxması tibb dünyasında ciddi marağa səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xəstə ilk olaraq dərslərə diqqət toplamaqda çətinlik çəkib. Daha sonra oxumaqda problem, qısa müddətli yaddaş itkisi və əşyaları tez-tez itirmə halları müşahidə olunub. Zamanla şikayətlər daha da ağırlaşıb. Gənc artıq bir gün əvvəl baş verənləri belə xatırlaya bilməyib.

Aparılan beyin müayinəsində hipokampus – yəni yaddaşa cavabdeh beyin bölgəsində kiçilmə aşkar edilib. Beyin-onurğa iliyi mayesinin analizində də Alzheimer xəstəliyinə xas biomarkerlər müəyyən olunub. Bu nəticələr erkən yaşda da olsa, diaqnozu dəstəkləyib.

Qeyd edək ki, Alzheimer xəstəliyi əsasən 65 yaşdan yuxarı insanlarda rast gəlinir. Ancaq 65 yaşdan aşağı baş verən hallara "erkən başlanğıclı Alzheimer" deyilir və bu hallar ümumi xəstəliklərin təxminən 10 faizini təşkil edir. 30 yaşdan aşağı pasiyentlərdə isə bu vəziyyət adətən irsi mutasiyalarla əlaqələndirilir və "ailəvi Alzheimer xəstəliyi" adlandırılır.

Lakin bu gəncdə aparılan geniş genetik testlər heç bir məlum genetik mutasiyanı ortaya çıxarmayıb. Ailəsində də demens və ya Alzheimer keçmişi olmayıb.

Yaddaş testlərinin nəticələri də xəstəliyin ağırlığını ortaya qoyub. Gəncin anlıq yaddaş göstəricisi yaşıdları ilə müqayisədə 87 faiz, ümumi yaddaş göstəricisi isə 82 faiz aşağı olub.

Pasiyentin müalicəsi ilə məşğul olan nevroloq Jianping Jia, bu hadisənin Alzheimer xəstəliyinə yanaşma tərzini dəyişdirdiyini bildirib. O, xəstəliyin yalnız yaşlı insanlara xas olmadığını vurğulayıb.

Araşdırma 2023-cü ilin fevral ayında Journal of Alzheimer's Disease jurnalında dərc olunub. Alimlər hesab edir ki, belə halların öyrənilməsi xəstəliyin səbəblərini daha dərindən anlamağa imkan yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://baku.ws
archiveBu xəbər 23 İyun 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri