Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

1762 ci ildən qalan tablo illərlə hamını aldadıb Marie Antoinette deyilmiş

1762 ci ildən qalan tablo illərlə hamını aldadıb Marie Antoinette deyilmiş

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni bir araşdırma, Fransanın son kraliçası olan Mariya Antuanetta haqqında illərlə davam edən bir səhvi üzə çıxarıb. Oksford Universitetinin alimi bildirib ki, kraliçənin uşaqlıq dövrünü təsvir etdiyi düşünülən məşhur portre, əslində başqa bir şəxsə məxsus ola bilər.

Qaynarinfo xəbər verir ki, fransız rəssam Jan-Etyenn Liotard tərəfindən 1762-ci ildə çəkilən bu suluboya əsərində əlində toxuma mekiyi və qırmızı ip tutan təxminən yeddi yaşlı bir qız təsvir olunub. Uzun illər boyunca bu qızın gələcək kraliça Mariya Antuanetta olduğu güman edilirdi. Lakin Oksford Universitetindən fransız ədəbiyyatı mütəxəssisi professor Katriona Settin yeni tədqiqatı bu fikri alt-üst edib. Alimə görə, tablo əslində Mariya Antuanettanın bacısı - sonradan Neapol kraliçası olacaq Mariya Karolinanı göstərir.

Qırmızı xaçlı medal sirri

Professor Set 20 il əvvəl Mariya Antuanetta haqqında yazdığı kitabın üz qabığında məhz bu portretə yer versə də, əsərin kimliyi barədə daim tərəddüd etdiyini etiraf edib. Yeni kitabı üçün Cenevrədəki "Musée d’Art et d’Histoire” kolleksiyasında Liotardın imperator ailəsinə aid portretlərini araşdırarkən həlledici bir detal tapıb.

Əsərdəki qızın sinəsində qırmızı xaç işarəsi olan kiçik bir medal görünür. Bu medal Katolik aristokrat qadınlara təqdim edilən Avstriya İmperatorluğunun "Ulduzlu Xaç Nişanı”dır. Lakin Mariya Antuanetta bu nişanı yalnız 1766-cı ildə, yəni tablonun çəkilməsindən dörd il sonra almışdı. Bacısı Mariya Karolina isə məhz 1762-ci ildə – Liotardın Vyanada olduğu dövrdə – bu nişanla təltif olunmuşdu. Zaman fərqi, portretdəki şəxsin Mariya Karolina olduğunu aydın şəkildə göstərir.

Əsl Mariya Antuanetta portreti tapılıb

Tədqiqat zamanı professor Set Liotardın başqa bir portretini də araşdırıb və həmin rəsmdə əslində gül tutan, utancaq baxışlı gənc qızın Mariya Antuanetta olduğunu müəyyən edib. Bu tabloda qız daha incə sifət cizgilərinə malikdir, yana baxaraq gülümsəyir və əlində bir gül tutur.

Setin fikrincə, "gül tutma motivi” Mariya Antuanettanın sonrakı dövrlərdə çəkilmiş bir çox portretlərində də rast gəlinən mühüm simvoldur. Həmçinin bu qızın taxdığı sırğa, kraliçanın daha sonrakı illərdə çəkilmiş başqa bir portretində də görünür.

Müzey qeydlərinə əsasən, bu iki bacının portretləri 1947-ci ildə muzeyə daxil olarkən səhv etiketlənib. Rəsm çəkilərkən Mariya Karolina təxminən 10, Mariya Antuanetta isə 7 yaşında idi.

Mariya Antuanetta kim idi?


Mariya Antuanetta 1755-ci ildə Vyanada, Avstriya imperatriçası Mariya Terezanın on beşinci və ən kiçik övladı olaraq doğulub. O, 1770-ci ildə, 14 yaşında ikən Fransa kralı XVI Lüdoviklə evlənərək iki ölkə arasındakı ittifaqı möhkəmləndirib. Lakin onun şən, sosial və dəbdəbəyə meyilli xarakteri, sakit və qapalı təbiətli həyat yoldaşı ilə ziddiyyət təşkil edirdi.

Başlanğıcda xalq tərəfindən sevilən kraliçanın nüfuzu zamanla azaldı və o, monarxiyanın israfçılığının simvoluna çevrildi. Fransız inqilabı dövründə xəyanət və əxlaqsızlıq kimi saxta ittihamlarla günahlandırılan Mariya Antuanetta, 1793-cü ildə – 37 yaşında ikən gilyotinlə edam edildi.

Professor Setə görə, tarix Mariya Antuanettanı çox vaxt "səthi və məsuliyyətsiz” bir fiqur kimi təsvir edir, halbuki bu, onun mürəkkəb şəxsiyyətini tam əks etdirmir. O, gəncliyində dəbə düşkün olsa da, son illərində daha düşüncəli və mərhəmətli bir qadına çevrilmişdi. Kraliçanın moda və musiqiyə təsiri bu günədək davam edir.

Yeni kəşf yalnız bir sənət əsərinin kimliyini düzəltməklə kifayətlənmir, həm də tarixdə ən çox yanlış anlaşılmış qadın fiqurlardan birinə – Mariya Antuanettaya – fərqli bir baxış qazandırır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri