Icma.az
close
up
RU
18 20 yaşlı gənclər evdə qalsın, şagirdlər məktəbə getsin Nazirlikdən qəribə qərar

18 20 yaşlı gənclər evdə qalsın, şagirdlər məktəbə getsin Nazirlikdən qəribə qərar

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarlı və şaxtalı havada orta məktəblərdə dərslərin distant olacağı deyilsə də, bu, baş vermədi. Əksinə, universitetlərdə müvəqqəti olaraq dərslər distant rejimə keçirildi. Orta məktəblərdə analoji qərar verilmədi. Bu, ciddi narazılıq yaratdı, tənqid edildi. 

Globalinfo.az xəbər verir ki, yaşı 18-dən yuxarı olan tələbələrə güzəşt olunduğu halda, soyuq havada 8-10 yaşlı şagirdlərə dərslərə gəlmək tələbi qoyulur.

Ekspertlər bildirirlər ki, yolların buz bağladığı, havanın şaxtalı olduğu zamanda dərsə getməyin heç bir təhsil yönümlü əsası yoxdur. Əgər ali təhsil müəssisələri onlayn qaydada işləyə bilirsə, bunu məktəblər üçün də tətbiq etmək mümkündür.

Qeyd edək ki, etirazlara baxmayaraq, Elm və Təhsil Nazirliyi fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesinin ənənəvi qaydada davam etdiriləcəyini açıqlayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Pərviz Əliyev isə deyib ki, bu məsələ universitetlərin daxili qaydaları ilə nizamlanır:

“Onlar dərslərin hansı formada keçirilməsinə qərar verə bilərlər. Lakin məktəblərdə bu, bir qədər fərqlidir”.

Digər tərəfdən Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə ölkə ərazisində soyuq dövrün ən aşağı temperaturu qeydə alınacaq. Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 13-18 dərəcə, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq.

Tahir Turan
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri