Icma.az
close
up
RU
18 İyun İnsan Hüquqları Günüdür

18 İyun İnsan Hüquqları Günüdür

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İnsan hüquqları hər bir şəxsin doğulduğu andan etibarən malik olduğu fundamental hüquq və azadlıqları ifadə edir. Bu hüquqların qorunması və inkişafı hüquqi, demokratik dövlətlərin əsas prinsiplərindən biridir. Azərbaycanda hər il iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu tarixin əsası 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təsdiq etdiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"na dayanır. Sonradan Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə həmin gün rəsmi olaraq İnsan Hüquqları Günü elan edilib.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi müəyyənləşdirib. Əsas Qanunda vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqaməti kimi təsbit olunub. Bu sənəd ölkədə hüquqi dövlət quruculuğunun əsasını təşkil etməklə yanaşı, qanunvericilik sisteminin inkişafı üçün də baza rolunu oynayır.

İnsan hüquqlarının müdafiəsi sahəsində mühüm institutlardan biri də Ombudsman təsisatıdır. Bu qurumun yaradılması istiqamətində ilk addımlar 1998-ci ildə atılıb. 2001-ci il dekabrın 28-də Milli Məclis "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Konstitusiya Qanununu qəbul edib. 2002-ci ildən etibarən Ombudsman Aparatının fəaliyyəti üçün hüquqi və təşkilati baza formalaşdırılıb. Hazırda bu institut vətəndaşların hüquqlarının müdafiəsində müstəqil nəzarət mexanizmi kimi fəaliyyət göstərir.

Azərbaycan insan hüquqları sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. Bu istiqamətdə mühüm sənədlərdən biri 1998-ci ilin avqustunda Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" Memorandum olub. Sənəd insan hüquqlarının müdafiəsi sahəsində institusional əməkdaşlığın inkişafına töhfə verib.

2012-ci ildə təsdiqlənmiş "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da insan hüquqlarının etibarlı müdafiəsi və hüquqi islahatların davam etdirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən olunub.

Son illərdə həyata keçirilən islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilib və bu sahədə yeni yanaşmalar tətbiq olunmağa başlanıb.

Bundan əvvəl isə Prezident İlham Əliyevin təşəbbüsü ilə 28 dekabr 2006-cı ildə "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" qəbul edilib. Sənəd insan hüquqlarının qorunması sahəsində dövlət siyasətinin sistemli şəkildə həyata keçirilməsinə xidmət edir.

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən hüquqi islahatlar, beynəlxalq standartlara uyğun mexanizmlərin tətbiqi və institusional inkişaf bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan verib. 18 İyun – İnsan Hüquqları Günü də məhz hüquq və azadlıqların müdafiəsi sahəsində görülən işlərin və hüquqi dövlət quruculuğu istiqamətində atılan addımların əhəmiyyətini ön plana çıxarır.

Bu gün ölkədə insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır və bu istiqamətdə islahatlar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyun 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri