18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vuruldu
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
18 yaşadək (U-18) voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Redaktor.az Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, həm qızların, həm də oğlanların mübarizəsində üçüncü yer uörunda və final mərhələsinin oyunları keçirilib.
Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Abşeron“ klubu “Lokomotiv“ komandasını 3:2 hesabı ilə məğlub edib.
Oğlanların mübarizəsində isə “Naxçıvan“ klubu “Oğuz RVK“ya 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Qızların finalında “Azərreyl-1” “Şərqi Zəngəzur RVK”nı, oğlanların finalında isə “Xarıbülbül Şuşa” “Murov Az Terminal”ı 3:1 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 May 2025 05:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















