Icma.az
close
up
RU
19 avqust Ümumdünya Humanitar Yardım Günüdür

19 avqust Ümumdünya Humanitar Yardım Günüdür

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ümumdünya Humanitar Yardım Günü (ing. World Humanitarian Day) — humanitar məqsədlər uğrunda fəaliyyət göstərərkən həyatını itirmiş insanları tanımağa həsr olunmuş əlamətdar gündür. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 19 avqust olaraq təyin edilmişdir. Baş katibin o vaxtki İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu və 21 həmkarının BMT-nin Bağdaddakı qərargahının bombalanması nəticəsində öldürüldüyü gündür.

Braziliya vətəndaşı olan Serjiu Vieyra di Mellu Birləşmiş Millətlər Təşkilatında ömrünün 30 ildən çox hissəsini silahlı qarşıdurmanın səssiz qurbanlarını ortaya çıxartmaq, onların iztirablarını azaltmaq və diqqətlərini özlərinə cəlb etmək kimi çətin humanitar vəziyyətlərə xidmət edilməsinə həsr etmişdir. 

2006-cı ildə Vieyra di Mellu ailəsi və bir qrup yaxın dostu icmalar arasında dialoqun təşviq edilməsi və humanitar böhran qurbanlarının vəziyyətini aradan qaldırmaq üçün bitməmiş missiyasını davam etdirmək üçün "Sergio Vieira de Mello Foundation" qurdular. Fond bütün hökumətlər, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Təşkilatlar və Qeyri-Hökumət Təşkilatları ilə sıx əməkdaşlıq edərək hər il Dünya Humanitar Yardım Gününü anlamlı şəkildə qeyd etməyi qarşısına məqsəd qoymuşdur.

Ümumdünya Humanitar Yardım Gününün təsis edilməsi 2003-cü il avqustun 19-da BMT-nin İraqın paytaxtı Bağdaddakı qərargah-mənzilində törədilmiş partlayış nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə elan edilmiş Ümumdünya Humanitar Yardım Gününün məqsədi insanların həyatını xilas etmək üçün çalışan və bu nəcib məqsəd uğrunda həyatını itirən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir. 

Ümumdünya Humanitar Yardım Günündə keçirilən tədbirlər humanitar yardım işçilərini dünyanın harasında yaşamasından və kimliyindən asılı olmayaraq, təhlükə altında olan insanlara kömək əlini uzatmağa çağırır. Təbii fəlakətlər, münaqişələr və digər fövqəladə hadisələr hər il insanların həyat və sağlamlıqlarını təhlükə altına salır. Belə böhranlar zamanı humanitar yardım işçiləri təhlükədən əziyyət çəkən insanlara köməklik göstərmək üçün bütün qüvvələrini səfərbər edirlər. Fövqəladə hallarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas fəaliyyətinə insanların həyatını xilas etmək, fövqəladə halların idarə olunması üçün effektiv əməkdaşlıq yaratmaq və onlar arasında müvafiq koordinasiyanı qurmaq daxildir. Təşkilat eyni zamanda fəlakətlərə hazırlığı təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsini və bərpa işlərinin aparılmasını, faktiki məlumatlar əsasında fəaliyyətin idarə olunması üçün səhiyyə sisteminin potensial və davamlılığının artırılmasını, təhlükə altında olan ölkələrə dəstək göstərmək məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsini həyata keçirir.

Ümumdünya Humanitar Yardım Günü ilə əlaqədar BMT-nin Baş Katibi dünya dövlətlərinə müraciət qəbul edərək ehtiyac içində olan insanlara kömək edərkən həyatlarını itirənləri və üzləşdikləri təhlükələrdən çəkinməyərək, daha təhlükəsiz və daha yaxşı dünyanın qurulması naminə yardım göstərməyə davam edənləri xatırlamağa çağırıb.

Bu gündə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar diqqəti həyati vacib vəzifələrinin öhdəsindən gələrkən həlak olmuş, yaxud zədə almış humanitar yardım işçilərinin roluna yönəltmək məqsədilə bir milyard insanı bir araya gətirməyə çalışır. 

Ümumdünya Humanitar Yardım Günü cəmiyyəti humanitar yardım, humanitar yardım işçilərinin fəaliyyəti və onların üzləşdikləri çətinliklər haqqında məlumatlandırmağa, qeyri-hökumət və beynəlxalq təşkilatlar, eləcə də BMT-nin təsisatlarına öz humanitar fəaliyyətini nümayiş etdirməyə, humanitar əməliyyatlarda həlak olmuş və ya zədələnmiş şəxslərə ehtiramı bildirməyə imkan yaradır. Bu gündə nümayiş edilən həmrəylik Ümumdünya Humanitar Yardım Gününün qeyd olunmasını daha da canlandırır.

M.MİRZƏ
XQ  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri