Icma.az
close
up
RU
19 Sentyabr, 13:08: Cəmi 3 dəqiqəyə sığan iki fərqli həyat

19 Sentyabr, 13:08: Cəmi 3 dəqiqəyə sığan iki fərqli həyat

Bakupost saytına istinadən Icma.az xəbər verir.


19 sentyabr 2023-cü il. Saat 13:08.

Bəzi tarixlər təqvimdə qalmır.

İnsanın içinə yazılır.

19 sentyabr da mənim üçün belə bir tarixdir.

Saat 13:08-də Qarabağda son antiterror başladı.

Mən Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində mövqedə idim. Bir neçə saniyə əvvəl hər şey öz axarında idi. Sonra göy gurultusuna bənzəməyən, torpağı göydən ayıran bir səs gəldi.

Ağır artilleriya...

Və bir anda üç il ərzində bütün əməliyyatlarda çiyin-çiyinə dayandığım silahdaşlarımın səsi kəsildi.

O gün mən təkcə döyüş yoldaşlarımı itirmədim.


Özümün də bir parçamı orada qoydum.

Rabitə kəsildi. Ətraf qaranlığa qərq oldu. Sonrasını xatırlamaq çətindir. Bir müddət şüursuz qaldım. Ayılanda isə ətrafımda sağ qalan heyətim vardı.

Və mən yenidən ayağa qalxdım.

Tapşırıq davam edirdi.

Amma mənim üçün artıq bu, adi döyüş tapşırığı deyildi.

Cismən sağ qalmışdım. Ruhən isə artıq ölmüşdüm.

Bundan sonra döyüşən adam əvvəlki mən deyildim. Qarşımda yalnız bir tapşırıq yox, yarımçıq qalmış həyatların ağırlığı dayanırdı. Hər atəşin içində itirdiyim silahdaşlarımın səsi vardı. Hər addımım onların xatirəsinin üstünə basırdı.

Amma həmin saatlarda mənim ölümüm artıq döyüş meydanından çox uzaqlara çatmışdı.

Ölüm xəbərim ölkə ilə bir olmuşdu.

Mən bilmirdim...

Bilə bilməzdim ki, həmin dəqiqələrdə anam morqun qarşısında gecələyir.

Xəstə, yaşlı anam...

Oğlunun meyitini gözləyən bir ana.

Ana ürəyi bəlkə də həqiqəti hamıdan əvvəl bilir. Amma bəzən həqiqəti qəbul etməkdən imtina edir. O da gözləyirdi. Mənim cənazəmi.

Və bütün o dəhşətin içində belə qürurunu yerə qoymadı. Göz yaşını içinə axıdıb yalnız bunu dedi:

“Cənazəsi gəlsin, qurban kəsəcəyəm.”

Bu cümlənin içində bir ana dünyası vardı.

Həm oğlunun ölümünü qəbul etməyin ağrısı, həm də onu son dəfə evinə gətirə bilmək ümidi...

Qardaşım isə...

Üç il əvvəl ölümün gözünün içinə baxmışdı. Başından güllə almış, sağ qalmış, amma ömrünün sonuna qədər daşıyacağı bir yarayla ikinci qrup əlil olmuşdu.

Mənim öldüyümü eşidəndə isə o yaralı bədənlə belə dedi:

“Cənazəsi tapılmasa, əlimə silah alıb gedəcəyəm. Ermənistanı qana boğacağam.”

İndi geriyə baxanda anlayıram...

Həmin gün mənimlə birlikdə ailəm də bir dəfə öldü.

Sonra xəbər gəldi.

Sağdır.

Bu iki söz bəlkə də həmin gün mənim haqqımda deyilmiş ən böyük möcüzə idi.

Dostlar sevindi. Tanışlar sevindi. Məni sevən insanlar sevindi.

Amma mən...

Mən o sevincin içində belə özümə bir sual verirdim:

Mən həqiqətən sağ qalmışdımmı?

Çünki insanın ürəyi döyünə bilər, nəfəsi gələ bilər, ayaqları onu daşıya bilər...

Amma ruhu da həmin adamla birlikdə geri qayıtmaya bilər.

19 sentyabr 2023-cü il, saat 13:08-də mənim içimdə bir şey öldü.

Bəlkə də o gün Allah mənə ikinci bir həyat verdi.

Bəlkə də bir cəza verdi.

Hələ də bilmirəm.

Bircə onu bilirəm ki, həmin gündən sonra yaşadığım hər gün bir az da onların adından yaşadığım gündür.

Bu şəkil isə...


Bu şəkil həmin hadisədən cəmi üç dəqiqə əvvəl çəkilib.

Şəkildə hələ bilməyən bir adam var.

Üç dəqiqə sonra həyatının iki yerə bölünəcəyini bilməyən...

Dostlarının öləcəyini bilməyən...

Öz ölüm xəbərinin ölkəyə yayılacağını bilməyən...

Anasının morqun qarşısında gecələyəcəyini bilməyən...

Qardaşının əlində silahla onu axtarmağa hazırlaşacağını bilməyən...

Və ən əsası, sağ qalmağın bəzən ölməkdən daha ağır olduğunu bilməyən bir adam.

Saat 13:08-dən əvvəl çəkilən bu şəkilə hər baxanda mən üç dəqiqəlik bir həyat görürəm.

Mənim itirdiyim həyat.

İndi o şəkildəki adama baxıram və düşünürəm:

Kaş biləydin...

Cəmi üç dəqiqə sonra nə qədər insanın həyatına çevriləcəkdin.

Cəmi üç dəqiqə sonra neçə adamın duasına, neçə ananın göz yaşına, neçə dostun qorxusuna, neçə silahdaşının yarımçıq qalmış hekayəsinə çevriləcəyini biləydin...

Bəlkə də son dəfə bir az daha çox gülümsəyərdin.

Bəlkə də yanında olanlara bir az daha möhkəm sarılardın.

Bəlkə də sadəcə göyə baxardın.

Çünki bəzi anların son olduğunu insan yalnız sonradan anlayır.

19 sentyabr 2023-cü il.

Saat 13:08.

Mən həmin gün ölmədim.

Amma əvvəlki mən də sağ qalmadı.

Mahir Hüseyn

Sabiq komando tabor komandiri

Ehtiyyatda olan mayor


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri