Icma.az
close
up
RU
1919 cu il mayın 19 u Atatürkün başçılığı ilə Türkiyə Qurtuluş Savaşının başlanğıc günü kimi qəbul edilir

1919 cu il mayın 19 u Atatürkün başçılığı ilə Türkiyə Qurtuluş Savaşının başlanğıc günü kimi qəbul edilir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bir millətin qurtuluşunu, müstəqilliyini simvolizə edən 19 May Türkiyədə gənclərə həsr olunmuş bayram kimi qeyd olunur. Milli bayramlardan biri olan 19 May "Atatürkü Anma, Gənclik və İdman Bayramı" rəsmi bayramlar sırasındadır. 1919-cu il mayın 19-u Türkiyə Cümhuriyyəti tarixində dönüş nöqtələrindən biridir. Mustafa Kamal Atatürkün Samsuna qədəm qoyduğu tarix olan 19 May, həm də “Gənclik və İdman Bayramı” kimi qeyd olunur.

Mustafa Kamal Atatürk Qurtuluş Savaşı zamanı gənc ideyaların türk millətini irəli aparacağını, köhnəlmiş ideyalara qarşı çıxacağını gördü. Bu səbəbdən də “gənclik” anlayışı Atatürk üçün xüsusi əhəmiyyət kəsb edir. Atatürk tez-tez gənclərdən bəhs edərkən, gəncliyi yaş hüdudlarından kənar bir ideya, yəni ideyalarda yenilik kimi ifadə etmişdir. Onun bu sözləri çox mənalıdır: “Gənc təfəkkürlü, gerçək fikirli, həqiqəti görən və anlayan deməkdir”.

Türkiyə Cümhuriyyəti tarixində mühüm hadisələrdən biri də Mustafa Kamal Atatürkün Samsuna gəlişidir. Türk Milləti Birinci Dünya Müharibəsindən sonra daha da ağırlaşan şəraitdə qurtuluş üçün həll yolları axtararkən ulu öndər Mustafa Kamal Atatürk ortaya çıxdı və Samsuna ayaq basaraq “Qurtuluş”un yolunu açdı. Ona görə də Atatürkün 1919-cu il mayın 16-19-da İstanbuldan başlayan səyahəti bir qurtuluş dövrünü simvolizə edir.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1919-cu il mayın 19-u Atatürkün başçılığı ilə Türkiyə Qurtuluş Savaşının başlanğıc günü kimi qəbul edilir.

Kərəm Qarabulud

“Mustafa Kamal Atatürk deyib ki, bu gün “mənim doğulduğum gündür”. Çünki 19 may müttəfiq dövlətlər tərəfindən məhv edilməyə çalışılan bir xalqın dirilməsi və xilasının başlanğıcını qeyd edən bir gündür. Bu səbəbdən də Atatürk bu günü "Gənclik və idman bayramı" elan edib. 1980-ci illərin əvvəllərində "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı”-deyən Kərəm Qarabulud bildirib ki, 19 may Türkiyə və ŞKTC-də milli bayram kimi qeyd olunur.

Professorun fikrincə, müstəqillik olmayan bir ölkənin uğur qazanması mümkün deyil.

“1919-cu il mayın 19-da Mustafa Kamal Atatürkü və Türk Millətinin istiqlal məşəlini alovlandıran bütün dövlət xadimlərini və şəhidlərimizi hörmətlə yad edir, bir daha istiqlal mübarizəsinə ehtiyac qalmamasını arzu edirəm. Bu münasibətlə Azərbaycanın müstəqilliyini möhkəmləndirən, Azərbaycanı gələcəyə güclü dövlət kimi hazırlayan ulu öndər Heydər Əliyevi rəhmət və ehtiramla yad edirəm. Türkiyə və Azərbaycanın müstəqilliyi əbədi olsun”-deyə Kərəm Qarabulud qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri