Icma.az
close
up
RU
1969 cu ildən başlayan inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

1969 cu ildən başlayan inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müsahibimiz Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev

- Tahir müəllim, Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri 1969-cu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsidir. Bu, respublikamızın SSRİ dövründə inkişafı və intibahının başlanğıc nöqtəsi kimi dəyərləndirilir. Həmin dövrdə Azərbaycanın yüksəlişini təmin edən güclü sosial-iqtisadi və siyasi-ideoloji təməl yaradıldı. Bir sözlə, 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycanın ictimai – siyasi həyatında baş verən elə mühüm anlar, günlər var ki, onlar tarix boyu unudulmazdır, daim xatırlanır və heç vaxt unudulmayacaqdır. Çünki həmin günlər respublikamızın müqəddəratı, insanların taleyi baxımından əhəmiyyətlidir.

Ulu Öndərimiz Heydər Əliyevin 14 iyul 1969-cu il – Azərbaycan KP MK-nın birinci katibi seçildiyi gün belə bir unudulmaz tarixdir.Respublikamızın inkişafının təməlinin qoyulduğu həmin günün ziyası ilə işıqlanan, tanınan, bugünkü qələbələrə, uğurlara qovuşan Azərbaycan, bəxtiyar xalqımız 14 iyul tarixini daim xatırlamağa, Heydər Əliyevin ömür yoluna, fəaliyyətinə nəzər salmağa borcludur. Qədirbilən xalqımızın öz liderinə, dahi rəhbərinə, dünya şöhrətli şəxsiyyətinə məhəbbəti, ehtiramı onun amallarına, əməllərinə, xidmətlərinə verilən qiymətin ifadəsidir. Çünki Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri əvəzsizdir. Sovetlər ittifaqı dövründə ən geridə qalan, xalqı və iqtisadiyyatı böhranlı vəziyyətdə olan bir respublikanı tez bir zamanda çətin vəziyyətdən xilas edib qabaqcıllar sırasına çıxarmaq, xalqı tanıtmaq məhz Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, insanlara qayğısı və diqqəti nəticəsində mümkün olmuşdur.Ulu Öndərimiz respublikaya rəhbərliyə gəldiyi ilk gündən insanlarda gələcəyə inam yaratmış, mənəviyyat məsələlərini birinci dərəcəli vəzifə kimi qarşıya qoymuşdur. “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür” fikrini Heydər Əliyev əməli fəaliyyətdə həyata keçirdiyi, xalqı birləşdirdiyi, tarixinə, dilinə, dininə, milli – mənəvi dəyərlərinə böyük hörmət və ehtiram bəslədiyi, bunu da xalqa aşıladığı üçün Azərbaycanı tez bir zamanda tərəqqi yoluna qədəm qoymuşdur.1970-1980-ci illərdə respublikanın neft-qaz hasilatı sənayesinə və neftqayırma zavodlarının yenidən qurulmasına 4 milyarddan çox vəsaitin ayrılması inkişafa təkan verdi və bu günümüz üçün bir zəmin oldu. Həmin illərdə 213 sənaye müəssisəsi tikilmiş, sənaye məhsulları istehsalı 2,7 dəfə artmışdır. Kənd təsərrüfatının ümumi məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Respublika iqtisadiyyatının inkişafına 23,9 milyard manat vəsait qoyulmuşdur ki, bu da əvvəlki 50 ildəkindən 1,4 dəfə çoxdur. 849 ümumtəhsil məktəbinin tikilib istifadəyə verilməsi, 6 yeni ali məktəbin yaradılması, C.Naxçıvanski adına hərbi məktəbin açılış, 1155 kitabxananın, 1316 klubun, 44 muzeyin, 111 kinoteatr binasının istifadəyə verilməsi, çoxsaylı mədəni-kütləvi tədbirlərin, görüşlərin, idman yarışlarının keçirilməsi müstəsna əhəmiyyətə malik idi.

- Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ikinci dövrü xilaskarlıq missiyası ilə xarakterizə edilir. Eyni zamanda, həmin dönəmdə görülən işlər Azərbaycanın bugünkü uğurlarının və böyük Zəfər yolunun təməlini qoydu...

- Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə gələndə də öz amallarına, bəşəri ideyalarına sadiqliyini, xalqımıza sonsuz hörmət və sədaqətini inamla nümayiş etdirdi. 1993-cü ildə ölkəni vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etdi. Tez bir zamanda vətəndaş həmrəyliyi yaratdı, silahlı quruplaşmaları neytrallaşdırdı, xaosun, özbaşınalığın qarşısını aldı.“Əsrin müqaviləsi” iqtisadi inkişafa yol açdı. Torpaq islahatları həyata sahibkarlığın inkişafına təkan verdi. Beynəlxalq münasibətlərdə dönüş əldə etməklə Azərbaycanın haqlı səsinin eşidilməsinə, xarici dövlətlərlə əlaqələrin möhkəmlənməsinə imkan yarandı. Ulu Öndər azərbaycançılıq ideologiyasını inkişaf etdirməklə, Yeni Azərbaycan Partiyasını formalaşdırmaqla, güclü siyasi təşkilata çevirməklə dünya azərbaycanlılarının, siyasi qüvvələrin birliyinə və səmərəli fəaliyyətinə nail oldu.Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi əlbəttə ki, bugünkü qüdrətli, qalib Azərbaycandan, hərtərəfli inkişafdan, böyük uğurlardan danışmaq mümkün deyildi. O dövrdə qoyulan təməl bugünkü inkişafımız, xalqımızın birliyi, mübarizliyi üçün bir zəmindir.

- Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib və qüdrətli Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır...

- Bu, bir həqiqətdir ki, bütün nailiyyətlərimizin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qürurvericidir ki, bu əsasları Prezidentimiz cənab İlham Əliyev daha da möhkəmləndirir, dahi rəhbərin bəşəri ideyalarını sədaqətlə yerinə yetirir və çox böyük, möhtəşəm qələbələrə nail olur.Qarabağ torpağının azğın düşməndən xilas edilməsi, 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirləri zamanı ordumuzun qüdrəti, xalqımızın birliyi Heydər Əliyev ideyalarının əbədiyaşarlığını, Liderimiz cənab İlham Əliyevin qətiyyətini və mübarizliyini, xalqına, Vətəninə sevgisini, ehtiramını bütün dünyaya nümayiş etdirdi.Dünya bir daha duydu və anladı ki, Azərbaycanın iqtisadi-siyasi dayaqları möhkəmdir, ordusu güclü və qüdrətlidir. Bu, Ulu Öndərimiz Heydər Əliyevin vaxtı ilə qoyduğu təməlin, həyata keçirdiyi əməllərin, arzuladığı amalların nəticəsidir, bəhrəsidir.Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki Azərbaycan tam suverendir, müstəqildir, inkişaf yolundadır, dünyada öz yeri, öz sözü olan qüdrətli dövlətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see244

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see241

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see236

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see188

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see166

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see133

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri