“1981 ci ildən bəri aidiyyəti qurumlar yaşadığımız binanı təmir etməyib“ Sakinlərin ŞİKAYƏTİ
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 10 ünvanındakı bina illərdir ki, təmirsiz vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, ətrafdakı tikililərdə təmir-bərpa işləri aparılsa da, sözügedən binanın problemləri həll edilmir.
"1981-ci ildən bu binada yaşayıram. Həmin vaxtdan bəri aidiyyəti qurumlar tərəfindən təmir işləri aparılmayıb. Hər şeyi özümüz etmişik", - deyə sakin narazılığını bildirib.
"Beton plitələr uşaqların üstünə qopub tökülür. Yağış yağanda liftə belə su dolur", - başqa bir sakin deyib.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə məlumat verilib ki, son illər rayon ərazisində bir çox binalar təmir olunub və bu proses davam edir: "Sözügedən çoxmənzilli yaşayış binası da gələcəkdə təmir olunacaq binalar arasındadır".
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 01 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















