“Sovetski”də əvvəlcə təmir olunan binanı söküblər VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın mərkəzində, Yasamal rayonu Mirzə Fətəli Axundov küçəsi 7 ünvanında yerləşən Təzəpir məscidi ətrafında yenidən tikinti və söküntü işləri aparılır.
Avtosfer.az xəbər verir ki, məscidin yaxınlığında yerləşən bəzi yaşayış binalarının fasadları və eyvanları bir müddət əvvəl təmir edilsə də indi həmin binalarda söküntü işlərinə başlanılıb.
Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl binaların xarici görünüşü yenilənmiş, fasadlar rənglənmiş, eyvanlarda bərpa işləri görülmüşdü. Lakin indi təmir edilən hissələrin də sökülməsi onlarda narazılıq yaradıb.
Qeyd edək ki, Təzəpir məscidi paytaxtın tarixi və turistik əhəmiyyətli zonalarından biridir. Buna görə də burada aparılan hər bir tikinti və ya söküntü prosesi ictimai diqqət mərkəzində qalır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















