Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

2 aya 45 tender, 24 mln. dan çox vəsait İri Şəhərlərin Birləşmiş Su Təchizatı daha bir milyonluq tender elan etdi

2 aya 45 tender, 24 mln. dan çox vəsait İri Şəhərlərin Birləşmiş Su Təchizatı daha bir milyonluq tender elan etdi

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ yeni tender elan edib.

Qurumun elan etdiyi tender polietilen fitinqlərin satın alınması ilə əlaqədardır. 

10 aprel 2025-ci il saat 17:00-a qədər davam edəcək tenderin ehtimal olunan qiyməti 3.081.556,02 AZN-dir.

Xatırladaq ki, qurum bu ay artıq 1 dəfə fitinq alımı ilə bağlı tender elan edib. Polad fitinqlərin satın alınması ilə bağlı olan tenderin qalibi "BORUAVADANLIG" MMC olmuşdu və tərəflər arasında 04.02.2025 tarixində 1.284.102,9 AZN dəyərində müqavilə imzalanmışdı.

Araşdırmalarımız zamanı mlum olub ki, qurum 2025-ci ildə toplam dəyəri 24 mln. manatdan çox olan 45 tender elan edib. Bura 20 bağlanmış müqavilə, 23 davam edən tender və 2 ləğv edilən tender daxildir.

Qurumun ləğv edilən tenderləri aşağıdakılardır:

1. 24.01.2025 tarixində serverdə quraşdırılmış “Barracuda Spam Firewall 400VX” proqram təminatı lisenziyanın satın alınması;

2. 20.02.2025 tarixində qaz analizatorlarının kalibrlənməsi, batareyalarının yenilənməsi və nasazlıqlarının bərpa olunması xidmətinin satın alınması. 

Birinci tender 18.098,25 AZN, ikinci tender isə 14.820,81 AZN dəyərində olub.

Dövlət satın almaların vahid internet portalına nəzər saldıqda qurumun cari ilə artıq 20 satınalma müqaviləsi imzaladığını görürük:

1. 08.01.2025 tarixində  "Gəncə Cihazqayırma Zavodu" ASC ilə su sayğacı üçün qutuların satın alınması ilə bağlı 497.204,8 AZN;

2. 09.01.2025 tarixində "ZRM Bearing" MMC ilə diyircəkli yastıqlar və qayışların satın alınması ilə bağlı 151.192,22 AZN;

3. 09.01.2025 tarixində "Şahnar" MMC ilə qaynaq çubuqlarının satın alınması ilə bağlı 77.219,2 AZN;

4. 16.01.2025 tarixində “Tatoğlu-Az Beton Konstruksiya” MMC ilə “Sutikinti” İdarəsi üçün lazım olan materialların satın alınması ilə bağlı 460.931,6 AZN;

5. 17.01.2025 tarixində "FIRE Group" MMC ilə yanğınsöndürmə balonlarının dolum xidmətinin satın alınması(texniki təmir ilə) ilə bağlı 4.199,48 AZN;

6. 23.01.2025 tarixində "Life Elektroniks" MMC ilə kartriclərin dolum və təmirinin satın alınması ilə bağlı 45.489 AZN;

7. 23.01.2025 tarixində "High Tech Polymer" MMC ilə polietilen boruların satın alınması ilə bağlı 4.318.391,96 AZN;

8. 24.01.2025 tarixində "Universal PRO" QSC ilə mexanika sahəsi üçün lazım olan kipkəc və araqatının satın alınması ilə bağlı 214.853,79 AZN;

9. 27.01.2025 tarixində Ənvər Bəşir Oğlu Nəcəfov ilə avtomobil ehtiyat hissələrinin alınıb və quraşdırılmasının satın alınması ilə bağlı 1.294.058,8 AZN;

10. 28.01.2025 tarixində "NM STOCK" MMC ilə nəqliyyat vasitələri üçün akkumlyatorların satın alınması ilə bağlı 194.871,69 AZN;

11. 30.01.2025 tarixində "AZERSERVİCES" MMC ilə arxiv otağının təmiri işlərinin satın alınması ilə bağlı 23.203,52 AZN;

12. 03.02.2025 tarixində "AZTƏRCÜMƏ MƏRKƏZI" MMC ilə hüquqi mövzulu sənədlərin tərcümə xidmətinin satın alınması ilə bağlı 4.000 AZN;

13. 04.02.2025 tarixində "BORUAVADANLIG" MMC ilə polad fitinqlərin satın alınması ilə bağlı 1.284.102,9 AZN;

14. 05.02.2025 tarixində “Direct Line Trading” MMC ilə tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması ilə bağlı 1.109.884,4 AZN;

15. 07.02.2025 tarixində "PRO PİPE" QSC ilə qofralı kanalizasiya (koruge) boruların satın alınması ilə bağlı 427.750 AZN;

16. 10.02.2025 tarixində "TS Motors" MMC ilə nəqliyyat vasitələri üçün avtoşinlərin satın alınması ilə bağlı 655.665,35 AZN;

17. 12.02.2025 tarixində “Direct Line Trading” MMC ilə mexanika sahəsi üçün lazım olan bolt-qaykaların satın alınması ilə bağlı 214.155,78 AZN;

18. 21.02.2025 tarixində “Caspian Supplies AZE” MMC ilə kartriclərin satın alınması ilə bağlı 560.002,98 AZN;

19. 27.02.2025 tarixində "AZİMUT TƏCHİZAT" MMC ilə mobil terminal və printerlərin satın alınması ilə bağlı 331.575,28 AZN 

20. 27.02.2025 tarixində "GRİNCO" MMC ilə mexanika sahəsi üçün lazım olan alət və avadanlıqların satın alınması ilə bağlı 113.984,46 AZN dəyərində müqavilələr imzalanıb.

Qurumun davam edən tenderləri isə aşağıdakılardan ibarətdir:

1. 15.01.2025 tarixində çap avadanlıqlarının ehtiyyat hissələrinin alınması, quraşdırılması və təmirinin satın alınması - (Ehtimal olunan qiymət:244.626,67 AZN)

2. 15.01.2025 tarixində əl terminalı üçün termal kağızın satın alınması ( Ehtimal olunan qiymət:152.298,67 AZN )

3. 16.01.2025 tarixində nəqliyyat vasitələri üçün süzgəclərin satın alınması ( Ehtimal olunan qiymət:295.729,71 AZN )

4. 16.01.2025 tarixində elektrik lampaların satınalınması ( Ehtimal olunan qiymət:97.732,12 AZN )

5. 17.01.2025 tarixində nəqliyyat və xüsusi texnika vasitələrinin icarə xidmətinin satın alınması ( Ehtimal olunan qiymət:720.787,27 AZN )

6. 22.01.2025 tarixində elektrik naqillərinin satın alınması ( Ehtimal olunan qiymət:277.081,68 AZN )

7. 22.01.2025 tarixində nəqliyyat vasitələri üçün əyləc qəliblərin satın alınması ( Ehtimal olunan qiymət:379.958,82 AZN )

8. 27.01.2025 tarixində liftlərin cari təmir olunması xidmətinin satın alınması ( Ehtimal olunan qiymət:76.797,37 AZN )

9. 27.01.2025 tarixində mexanika sahəsi üçün müxtəlif növ mal-material və ehtiyat hissələrinin satın alınması ( Ehtimal olunan qiymət:542.379,90 AZN )

10. 27.01.2025 tarixində serverdə quraşdırılmış “Barracuda Spam Firewall 400VX” proqram təminatı lisenziyanın satın alınması ( Ehtimal olunan qiymət:18.098,25 AZN )

11. 30.01.2025 tarixində tezlik çeviricilərinin təmir olunması xidmətinin satın alınması ( Ehtimal olunan qiymət:473.974,93 AZN )

12. 31.01.2025 tarixində mexanika sahəsi üçün lazım olan yanğınsöndürmə şlanqların satın alınması ( Ehtimal olunan qiymət:577.592,30 AZN )

13. 03.02.2025 tarixində polipropilen fitinqlərin satın alınması ( Ehtimal olunan qiymət:916.150,43 AZN )

14. 04.02.2025 tarixində elektrik kabellərinin satın alınması ( Ehtimal olunan qiymət:901.510,65 AZN )

15. 11.02.2025 tarixində eleqaz açarlı yuvanın alınması və quraşdırılmasının satın alınması ( Ehtimal olunan qiymət:75.889,73 AZN )

16. 11.02.2025 tarixində dəmir-beton boruların satın alınması ( Ehtimal olunan qiymət:1.322.780,00 AZN )

17. 14.02.2025 tarixində Ceyranbatan Su Təchizatı İdarəsinin “Ultrasüzgəcli Sutəmizləyici Qurğusu”nun emal sahəsində energetika təsərrüfatı üçün avadanlıq və ehtiyat hissələrinin satın alınması ( Ehtimal olunan qiymət:382.560,37 AZN )

18. 18.02.2025 tarixində yükqaldırma mexanizmlərin əsaslı təmir xidmətinin satın alınması ( Ehtimal olunan qiymət:814.675,07 AZN )

19. 19.02.2025 tarixində Nəqliyyat və Xüsusi Texnika idarəsi üçün avtomobil boyalarının və malların satın alınması ( Ehtimal olunan qiymət:75.882,24 AZN )

20. 21.02.2025 tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 2024-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satın alınması  ( Ehtimal olunan qiymət:214.437,07 AZN )

21. 21.02.2025 tarixində qaz analizatorlarının kalibrlənməsi, batareyalarının yenilənməsi və nasazlıqlarının bərpa olunması xidmətinin satın alınması ( Ehtimal olunan qiymət:14.820,81 AZN )

22. 24.02.2025 tarixində işçi çarxlar və valların satın alınması ( Ehtimal olunan qiymət:1.972.656,46 AZN ).

Qeyd edək ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyalarıın, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir və nizamnamə fondu 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır. \\Valyuta.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri