Icma.az
close
up
RU
2 mart Birləşmiş Millətlərin sırasına qoşulduğumuz gün...

2 mart Birləşmiş Millətlərin sırasına qoşulduğumuz gün...

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2 mart Azərbaycanın təqvimində tarixi günlərdən biridir. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunaraq dünya birliyinə qoşulub.

Azərbaycanın müstəqilliyi üçün müstəsna əhəmiyyəti olan bu hadisənin tarixçəsinə qısa nəzər salaq...

14 fevral 1992-ci il. Yerli (Nyu-York) vaxtla saat 16:25. BMT Təhlükəsizlik Şurasının (TŞ) 3052-ci iclası başlanır. Təşkilatın elektron arxivində saxlanılan stenoqramda vaxt dəqiqliyi ilə qeydə alınıb.

TŞ-nin 15 üzvünün (5 daimi, 10 qeyri-daimi) iştirak etdiyi iclasa ABŞ təmsilçisi Tomas Pikerinq sədrlik edir. Sədr BMT-yə yeni üzvlərin qəbulu üzrə Komitənin Azərbaycanla bağlı məruzəsinin daxil olduğunu bildirir. Komitənin təqdim etdiyi qətnamə layihəsinə heç bir irad yoxdur. 742 saylı qətnamə səsverməyə qoyulmadan qəbul edilir.

T.Pikerinq TŞ-nin tövsiyə qərarının Baş Assambleyanın sessiyasına çıxarılmaq üçün BMT Baş katibinə təqdim olunacağını deyir və qısa bəyanatla çıxış edir: “Təhlükəsizlik Şurası indicə Azərbaycan Respublikasını BMT üzvlüyünə qəbul etməyi Baş Assambleyaya tövsiyə etdi. Mən böyük məmnuniyyətlə TŞ üzvləri adından Azərbaycan Respublikasını bu sevincli və tarixi hadisə münasibətilə təbrik edirəm. TŞ üzvləri səbirsizliklə Azərbaycanın BMT üzvü kimi bizim sıralarımıza qoşulacağı günü gözləyir”.

Saat 16:30. İclas başa çatır...

...2 mart 1992-ci il. Baş Assambleyanın 46-cı sessiyasının 82-ci iclasının gündəliyindəki məsələ BMT-yə yeni üzvlərin – keçmiş sovet respublikalarının qəbulu barədədir.

Yenə qısa sürən prosedur və 46/230 saylı qərar oxunur: “Baş Assambleya BMT TŞ-nin 14 fevral 1992-ci il tarixli tövsiyəsini, Azərbaycan Respublikasının ərizəsini nəzərdən keçirib, qərara alır: Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul olunsun”.

Azərbaycanın beynəlxalq birliyə inteqrasiya yolu belə başladı. İlk baxışda asan proses, rəvan yolçuluq. Amma ilk baxışda görünən zatən üzdə olandır.

Arxada qalan illər beynəlxalq münasibətlərin “anatomiya”sını öyrənmək və 1945-ci ildən BMT-nin Nizamnaməsində yazılan bir çox müddəaların kağız üzərindən gerçəkliyə necə transformasiya edildiyinə əmin olmaq üçün bizə bir tarix dərsi olub...

1992-ci ildə bizimlə birgə BMT üzvlərinin sayı 179-a çatmışdı. Bu gün Nyu-Yorkda İst-River sahilindəki BMT binasının önündə 193 ölkənin bayraqları dalğalanır.

Elə ölkələr də var ki, uzun illər BMT üzvlüyünə heç ehtiyac duymayıb. Avropanın ən rifahlı və uzun dövlətçilik tarixinə malik ölkələrindən İsveçrə yalnız 2002-ci ildə keçirilmiş referendumdan sonra əhalisinin yarıdan çoxunun istəyi ilə Birləşmiş Millətlərin sırasına qoşulub.

Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkələr üçün isə BMT üzvlüyü bu müstəqilliyin təsdiq olunmasında müstəsna şərtlərdən biri idi. Amma tarixin gərdişi elə gətirdi ki, ölkəmiz Birləşmiş Millətlərin sırasına qatılanda, bayrağımız BMT-nin binası önündə dalğalanmağa başlayanda bu hadisəyə sevinmək şansımız olmamışdı. Çünki bu xəbəri Xocalı faciəsinin acısı içində eşitmişdik. 1992-ci il martın 2-si Azərbaycanda Xocalı qətliamı ilə bağlı elan edilmiş üçgünlük rəsmi matəmdən çıxmışdıq...

Əslində, dünya birliyi Azərbaycanı sıralarına qəbul edənədək artıq dörd ildir alovlanan Dağlıq Qarabağ münaqişəsi sayəsində bizdən və yerləşdiyimiz regiondan xəbərdar idi. Nə dərəcədə xəbərdar idi – bu ayrı məsələ. Hər halda bizi Birləşmiş Millətlərin sırasına çağıran742 saylı qətnamədən (1992) bir il sonra BMT TŞ-nin dörd dəfə bu münaqişə ilə bağlı toplaşaraq qəbul etdiyi qətnamələrin (822, 853, 874, 884) illərlə kağız üzərində qalması beynəlxalq birliyin mahiyyətindəki “standartlar”dan xəbər verirdi.

BMT kimi həddən ziyadə polifonik bir siyasi ortamda öz səsini eşitdirmək, üstəlik, dünyaya yön verən böyük güclərin səni dinləməsinə nail olmaq asan deyil. Ölkə olaraq yerləşdiyin coğrafiya həmin güclərin geosiyasi çarpışma dairəsindədirsə, bu, çox müşkül məsələdir. Məhz buna görə Azərbaycan rəhbərliyinin ötən illər ərzində həm beynəlxalq, həm də regional müstəvidə həyata keçirdiyi kurs balanslaşdırılmış diplomatiya olub. Bu çoxvektorlu, tarazlı diplomatiya sayəsində Azərbaycan Respublikası 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv (2012-2013-cü illər) seçildi...

Bu gün BMT 1945-ci ildə təməli qoyulanda bəyan edilən niyyətdən çox fərqli bir qurumdur. Burada kimin sözünün və səsinin necə keçdiyi, 15 yerlik Təhlükəsizlik Şurasının 5 böyüyün (daimi üzvlər) ambisiyalarına meydan olduğu da göz qabağındadır...

1992-ci ildə Azərbaycan üçün BMT-yə üzv olmaq, ilk növbədə, ən böyük dərdini, Ermənistan tərəfindən məruz qaldığı hərbi təcavüzü dünyanın diqqətinə çatdırmaq baxımından önəmli idi.

İllərlə BMT-yə və bütövlükdə beynəlxalq təsisatlarla münasibətlərimizə həmin prizmadan – Qarabağ pəncərəsindən baxdıq. Sonda beynəlxalq hüquq və ədalətə bəslədiyimiz ümidlərin xeyli dərəcədə illüziya olduğunu, BMT də daxil olmaqla, beynəlxalq qurumlarda (geo)siyasi proseslərin böyük mənafelərin fonunda cərəyan etdiyini gördük...

Nəhayət, 2020-ci ilin 27 sentyabrında bu gerçəyə öz möhürümüzü vurmaq qərarına gəldik. 44 gününün içində, 30 illik işğala son qoymaqla bərabər, 27 il BMT TŞ-nin arxivində toz basan dörd qətnaməni də kağız üzərindən icraata keçirdik...

Vüqar Orxan, medeniyyet.info.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri