2 milyon barel neft daşıyan supertanker alova büründü İran ABŞ a sərt mesaj verdi KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında supertankerin dəniz minasına toxunaraq güclü partlayışdan sonra alovlandığını açıqlayıb.
KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tanker 2 milyondan çox barel xam neft daşıyıb. SEPAH-ın iddiasına əsasən, gəmi naviqasiya və radar sistemlərini söndürərək boğazdan icazəsiz marşrutla keçməyə çalışıb.
Bildirilib ki, dəniz minası ilə toqquşma nəticəsində güclü partlayış və yanğın baş verib. Tankerin adı, hansı ölkəyə məxsus olduğu və ekipajın vəziyyəti barədə məlumat açıqlanmayıb.
SEPAH Hörmüz boğazının bağlı olduğunu bəyan edərək İranın müəyyən etdiyi qaydalara əməl etməyən gəmiləri sərt şəkildə hədələyib.
“İranın boğazla bağlı qaydalarına tabe olmayan gəmilərin aqibəti ABŞ ordusuna etimadın alovunda yanmaqdır”, – bəyanatda bildirilib.
Qeyd edək ki, hadisə ilə bağlı SEPAH-ın açıqlamasındakı iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Oktyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















