Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Boks Federasiyasından bildirilib.
Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib.
O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.
Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
25 Aprel 2026 12:22
Boksçularımız Dünya Kubokunda yarımfinala yüksəldi
20 İyun 2026 00:09
Simonov Dünya kubokunda finala yüksəlib
11 Aprel 2025 14:15
Məhəmməd Abdullayev Dünya Kubokunda yarımfinala çıxdı
28 Noyabr 2026 21:31
İki idmançımız dünya kubokunda yarımfinala vəsiqə qazandı
04 İyul 2025 09:46
Baxış sayı:73
Bu xəbər 29 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















