2 mindən çox raket hücumu, 13 milyardlıq zərər Vaşinqton geri addım atır
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Pentaqonda Yaxın Şərqdəki ABŞ hərbi kontingentinin azaldılması imkanları müzakirə olunur.
“Qafqazinfo” “Clash Report” portalına istinadən xəbər verir ki, buna səbəb İranın Birləşmiş Ştatların obyektlərinə endirdiyi zərbələrin həmin hərbi bazaların zəif tərəflərini üzə çıxarmasıdır.
“Pentaqon İranla müharibədən sonra Fars körfəzindəki hərbi iştirakını azaltmaq imkanlarını nəzərdən keçirir, çünki İranın zərbələri ABŞ-nin iri bazalarındakı zəiflikləri aşkar edib. Zədələnmiş obyektlərin bərpası əvəzinə qoşunların qərbə – İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanı istiqamətinə keçirilməsi variantlar arasında dəyərləndirilir”, – deyə portal vurğulayıb.
Bununla belə, ABŞ Müdafiə Nazirliyinin hələlik yekun qərar qəbul etmədiyi bildirilir.
Xatırladaq ki, avqustun 11-də “The Wall Street Journal” (WSJ) nəşri İranın hücumlarının ABŞ-yə 13 milyard dollar zərər vurduğunu yazmışdı. Fevral ayında münaqişə başlayandan bəri Tehran ABŞ hərbi bazalarına 2.000-dən çox raket və dron zərbəsi endirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Avqust 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















