Icma.az
close
up
RU
2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Tural Məmmədov sərbəst ifadə verib.

“Uşaqlarla oturmuşduq çay içirdik. Məhlədə idik. Birdən Ramindən Nuraniyə zəng gəldi. Dedi ki, bir məclis var ora gəl. Nurani də tək olmadığını dedi. Ramində Nuraniyə dedi ki, kim varsa, gəlin. Biz getdik Astoriya hoteldə 120 nömrəli kabinetin qarşısına. Daxil olanda gördük ki, bizim gözlədiyimiz kimi məclis deyil. Bir az sonra çöldən söyüş səsləri eşitdik. Qardaşım Nurani dedi çıxaq. Məndə dedim ki, çıxmayaq. İçkilidirlər. Sonra elə oldu ki, çıxdıq. Qardaşım dedi ki, nə olub.Şəxsimizə nalayiq ifadələr işlədildi. Mən də qayıdıb dedim ki, biz buraya qonaq kimi gəlmişik. Daha sonra qərara gəldik ki, çıxaq gedək başqa yerdə çay içək. Ramin yenə zəng elədi, dedi ki, hardasınızsa gəlirəm. Mən həmin an maşına getməli oldum. Gələndə artıq Ramində gəlmişdi. Ramin hədiyyə ilə gəlmişdi. Hədiyyə ad gününə görə idi. Hadisə zamanı “hədiyyə” bıçaqdan istifadə etməmişəm. Mənim cibimdə bıçaq var idi, ancaq ondan istifadə etmişəm. Əraziyə 5 maşınla təxminən 40 nəfər gəlmişdi. Onların hamısında da bıçaq var idi. Bizim uşaqlardan isə kimdə bıçaq olub olmadığını bilmirdim. Birdən qışqırıq səsi gəldi ki, Nuranini vurdular, Nuranini vurdular”.

Dövlət ittihamçısı və zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxslərə suallar ünvanlayıb.

Daha sonra çıxış edən Nurani Məmmədov özünü təqsirli hesab etmədiyini bildirib.

Onun sözlərinə görə “Mən sadəcə özümü müdafiə etmişəm. Ehtiyyatsız davranmışam, amma ilk məni bıçaqlayıblar”.

Zərərçəkmiş Fərid Alırzayevin hüquqi varisi təqsirləndirilən şəxs Tural Məmmədova və Nurani Məmmədovaya oğlunu kimin öldürdüyünü və bu qədər müddətdir niyə etiraf etmədiklərini soruşub.

Növbəti məhkəmə iclası 21 iyula təyin olunub.

Qeyd edək ki, insident 2022-ci ilin fevralında Nərimanov rayonunda baş verib. Hadisə zamanı Fərid Əlirzayevin və Şahin Bayramovun aldığı bıçaq xəsarətindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara görə, Nərimanov rayonunda bir qrup şəxs tərəfindən Fərid Əlirzayev və Şahin Bayramov qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.

Cinayət hadisəsinin törədilməsində günahkar bilinən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevə cinayət məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) 120.2.2 (qəqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) 120.2.7 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 221.3 (xuliqanlıq) 221.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) 228.4-cü ( qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və ya daşıma) maddə ilə ittiham irəli sürülüb. (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:316
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 İyul 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri