Messi Argentinaya qayıdır doğma stadionunda keçmiş rəqibi ilə üz üzə gələcək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Argentina millisinin sabiq kapitanı Lionel Messi 2027-ci ilin yanvarında ölkəsinə qayıdaraq “İnter Mayami”nin heyətində xüsusi yoldaşlıq görüşündə iştirak edəcək.
İdman.Biz xəbər verir ki, ABŞ klubu yanvarın 19-da Buenos-Ayresdə “River Pleyt”lə qarşılaşacaq. Oyun Argentina təmsilçisinin 85 mindən çox tamaşaçı tutumuna malik “Mas Monumental” stadionunda keçiriləcək.
Bu qarşılaşma 39 yaşlı futbolçu üçün xüsusi əhəmiyyət daşıyır. Messi oktyabrın 6-da məhz həmin stadionda Argentina millisinin heyətində son oyununu keçirib. Benin üzərində 3:0 hesablı qələbə ilə başa çatan görüşdən əvvəl “River Pleyt” rəhbərliyi ona fəxri üzvlük təqdim edib.
Maraqlıdır ki, Messi indi fəxri üzvü olduğu klubun rəqibi kimi meydana çıxacaq. Argentinalı ulduz daha əvvəl “River Pleyt”lə 2015-ci ildə klublararası dünya çempionatının finalında qarşılaşıb. Həmin vaxt “Barselona”nın formasını geyinən hücumçu 3:0 hesablı qələbə ilə yekunlaşan görüşdə komandasının ilk qolunu vurub.
Yanvar qarşılaşması Messinin peşəkar karyerasında Argentina ərazisində klub səviyyəsində keçirəcəyi ilk oyun ola bilər. O, indiyədək vətənində əsasən milli komandanın heyətində, eləcə də xeyriyyə və vida matçlarında meydana çıxıb.
Qeyd edək ki, “İnter Mayami” 2027-ci ilin əvvəlində beynəlxalq hazırlıq turnesi keçirməyi planlaşdırır. Argentina ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri də səfər proqramında nəzərdən keçirilir. Florida təmsilçisinin Messinin futbolçu kimi yetişdiyi “Nyuells Old Boyz” klubu ilə də yoldaşlıq görüşü keçirməsi istisna olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 13 Noyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















