2 qızıl medal qazanan badmintonçu: “Zambiyada onlar məni təəccübləndirdi” İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Hər zəhmətin arxasında belə uğur görmək qürurvericidir”.
Bunu İdman.biz-ə Zambiyanın paytaxtı Lusakada beynəlxalq turnirdə 2 qızıl medal qazanan Azərbaycan millisinin badmintonçu Aqil Qəbilov deyib.
O, cütlərin və qarışıq cütlərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qəbilov şəxsi mübarizədə medal qazana bilməməsinin səbəbini açıqlayıb: “Bu, gərgin rəqabət və bəzi taktiki səhvlərə görə alınmadı. 1/4 finaldakı hindistanlı rəqibim təcrübəli idi. 3 set davam edən ağır oyunda 1:2 hesabı ilə məğlub oldum”.
Badmintonçu Zambiyada onu təəccübləndirən məqamlardan da danışıb: “Tamaşaçıların marağı və dəstəyi çox yüksək idi. Bu bizi daha da həvəsləndirdi. İqlim və şəraitə uyğunlaşmaq çətin idi. Zambiyada insanların badminton sevgisi və enerjisi məni təəccübləndirdi”.
Qeyd edək ki, yarışda millimiz 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Emin Ağa
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















