Icma.az
close
up
RU
20 manatdan başlayır” Xuraman Şuşalı qiymətlərdən gileyləndi

20 manatdan başlayır” Xuraman Şuşalı qiymətlərdən gileyləndi

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlaması valideynlərin xərclərini də artırıb. Məktəbli geyimləri, çanta, ayaqqabı, dəftərxana ləvazimatları, dərslik və hazırlıq kursları üçün ödənilən vəsait ailə büdcəsinə ciddi təsir göstərir. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün bu xərclər daha böyük maliyyə yükünə çevrilir.

“Yeni tədris ili başladığı üçün qiymətlər çox bahadır. Hazırda həyat yoldaşım gedib uşaqlara paltar almağa, mən getməmişəm. Amma görüntülü danışırıq, baxıram, hansı uşağın əyninə olur, hansı uşağın əyninə olmur. Məktəb köynəkləri 20 manatdan başlayır”.

Bunu “Yeni Sabah”a müğənni Xuraman Şuşalı deyib. O bildirib ki, Marqarita pizza

“Bizdə dörd uşaq olduğuna görə ən azı hərəsinə iki köynək alınmalıdır. Biri qısaqol, biri uzunqol. Əslində, dörd dəst alınsa, daha yaxşıdır, amma biz iki dəstlə başladıq: biri qısaqol, biri uzunqol. Çünki uşaqdır, məktəbdir, hərəkətdədir. İstər-istəməz paltar çirklənir, ləkələnir. Böyük uşağı nəzərə alsaq, bir köynək bir günə çirklənə bilər, qaldı ki, uşaq köynəyinə. Üstəlik, soyuq aylara gedirik, yəni paltarları qurutmaq məsələsi də var.

Onlar məktəbdən çıxıb hazırlığa gedirlər. Yəni dörd uşaqlı ailənin xərci çoxdur. Bugünkü gündə, düzdür, şükürlər olsun, Rəbbim dolandırır, ruzimdən deyinmirəm. Məktəb köynəkləri, şalvarları, üst geyimləri çox bahadır. Mən özümə görə bahadır demirəm, insanları düşünərək deyirəm ki, qiymətlər münasib deyil”.

İfaçı bildirib ki, əsasən də qız uşaqlarının şalvarlarını, oğlan uşaqlarının şalvarlarından baha satırlar:

“Qiymətlər hədsiz dərəcədə bahadır. Bugünkü gündə ailələrin maaşını, gəlirini düşünəndə, çox insanlar kirayədə yaşayır, çox insanların evi yoxdur. Necə çatdırsınlar?

Bəzən mağazalara girəndə markaların, firmaların məhsullarını görürük. Deyirik ki, bu markanın, bu firmanın məhsuludur. Mən də bir növ hər kəsi düşünərək bu danışığımı edirəm. Hə, tamam, məndə var, mən aldım. Bəs digərləri?

Yəni hələ bunların kitabları var, iş dəftərləri var, hazırlıq kitabları var, hazırlıqları var. Sonra məktəblərin fond pulları, bayram pulları... Bunların hamısı çox böyük bir büdcə tələb edir.

Bugünkü gündə çoxuşaqlı ailələrin hədsiz dərəcədə çox xərcləri çıxır. Düzdür, uşağı dünyaya gətirmişiksə, baxmalıyıq. Bu, bizim artıq borcumuzdur, öz boynumuza aldığımız məsuliyyətdir və bu məsuliyyəti də daşımalıyıq.

Allah hamıya zehin açıqlığı versin, bütün uşaqlara, valideynlərə də can sağlığı versin ki, uşaqlarına gözəl şərait, yaxşı həyat qursunlar. Yəni onları heç kəsdən geri saxlamasınlar, inşallah.

Mən bu müsahibəni təkcə öz adımdan vermədim. Bütün insanları, bütün anaları, valideynləri nəzərə alaraq, özümü onların yerinə qoyaraq danışdım. Belə baxanda, şükür Allaha, mənim özümə görə  pis çıxmasın, qazancım var. Mənim üçün bunları almaq, bu xərcləri çəkmək böyük əziyyət deyil. Ancaq bilirəm ki, hər kəs də belə deyil”.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Sentyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri