Ağ Ev: Tramp APEC sammitində Putin və Si Cinpinlə görüşməyi planlaşdırır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə görüşməyi planlaşdırır.
“Reuters” və “Associated Press” agentliklərinin məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp görüş zamanı nüvə silahlarının azaldılması məsələsini müzakirə etmək niyyətindədir.
Bununla belə, Ağ Ev rəsmisi ABŞ-ın bu istiqamətdə hər hansı razılaşmanın əldə olunacağını gözləmədiyini qeyd edib.
Xatırladaq ki, Tramp daha əvvəl də Putin və Si Cinpinlə nüvə silahlarına nəzarət məsələlərini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı.
Baxış sayı:69
Bu xəbər 14 Noyabr 2026 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















