Icma.az
close
up
RU
Yoxsulluqdan orqanlarını satırlar Hətta 20 30 faiz endirimlə... Fotolar

Yoxsulluqdan orqanlarını satırlar Hətta 20 30 faiz endirimlə... Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda artan borclar və yüksələn yaşayış xərcləri ilə mübarizə aparan fəhlələr borclarını qaytarmaq və evlərini qoruyub saxlamaq üçün böyrəklərini, qaraciyər toxumalarını və sümük iliklərini satışa çıxarırlar.

“Qafqazinfo” ILNA-ya istinadən xəbər verir ki, Tehranın mərkəzindəki bəzi küçələrin divarları, metal qapıları və binaları orqan satışı ilə bağlı elanlarla bürünüb.

Bələdiyyəyə məxsus tibb müəssisəsinə və böyrək xəstələrinə dəstək verən xeyriyyə təşkilatına yaxınlığı səbəbindən “Böyrək küçəsi” kimi tanınan Fərhəng Hüseyni küçəsi alıcı axtaran insanların toplaşdığı məkana çevrilib.

“Sadra” xəstəxanasının əməkdaşının bildirdiyinə görə, böyrəklərini satışa çıxaranların əksəriyyəti ciddi maliyyə çətinlikləri ilə üzləşən fəhlələrdir. Burada qiymətlər adətən 30-40 milyard rial (11500-15300 ABŞ dolları) arasında dəyişir. Eyni zamanda, 0 (I) müsbət qan qrupuna malik şəxslərin böyrəkləri 8 milyard riala (3100 dollar) təklif oluna bilər, daha nadir qan qrupları üçün isə qiymətlər 50 milyard riala (19200 dollar) qədər çıxa bilər.

Tehranda yaşayan 30 yaşlı kuryer 15 milyard rial təklifindən imtina edərək ən azı 35 milyard rial tələb etdiyini bildirib. Başqa bir şəxs isə ödənilməmiş çeki bağlamaq üçün orqanını adi qiymətdən 20-30 faiz aşağı satmağa hazır olduğunu qeyd edib. Bəzi işçilər isə borclarını ödəmək üçün sümük iliyi, böyrək və qaraciyər toxuması kimi eyni vaxtda bir neçə orqanını satışa çıxarırlar.

Parlamentin sosial məsələlər komitəsinin sədri Əli Babayi Karnami bildirib ki, hökumətin güzəştli valyuta subsidiyalarını düzgün idarə edə bilməməsi nəticəsində təxminən səkkiz milyon insan yoxsulluq və qida çatışmazlığı ilə üzləşib, daha 50 milyona yaxın insan isə ərzaq almaqda çətinlik çəkir.

ILNA-nın məlumatına görə, minimum əməkhaqqı alan işçilər ayda 200-300 milyon rial (77-115 dollar) qazanır, müstəqil fəallar isə bir ailənin əsas xərcləri üçün təxminən bir milyard riala (383 dollar) ehtiyacı olduğunu hesablayırlar. Müvəqqəti və ya mövsümi müqavilələrlə çalışan işçilər daha çox çətinliklərlə qarşılaşırlar.

Maliyyə çətinlikləri tibbi xidmətlərə çıxışa da mənfi təsir göstərib. “Homa” təqaüdçülər assosiasiyasının sədri Cəlal Haşimi bildirib ki, iki təqaüdçü müalicə xərclərini qarşılaya bilmədikləri üçün müalicədən imtina edərək vəfat ediblər.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Noyabr 2026 05:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri