Icma.az
close
up
RU
20 Yanvar müasir Azərbaycanın mənəvi dayağı oldu

20 Yanvar müasir Azərbaycanın mənəvi dayağı oldu

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə dərin faciə və kədər günü deyil, eyni zamanda milli iradənin, azadlıq əzminin və dövlətçilik düşüncəsinin formalaşdığı taleyüklü bir mərhələdir. 1990-cı il yanvarın 20-də Sovet imperiyasının həyata keçirdiyi qanlı hərbi müdaxilə XX əsrin ən amansız və insanlıq əleyhinə törədilmiş cinayətlərindən biri kimi tarixə düşmüşdür. SSRİ rəhbərliyi tərəfindən öncədən planlaşdırılmış və “Bakı əməliyyatı” adı altında həyata keçirilən bu qanlı aksiya dinc əhaliyə qarşı yönəlmişdi.
Qadın, uşaq, qoca demədən, silahsız vətəndaşlar ağır zirehli texnikadan və müxtəlif növ hərbi silahlardan atəşə tutulmuş, yüzlərlə insan amansızcasına qətlə yetirilmiş, minlərlə vətəndaş yaralanmışdır. Bu, mahiyyət etibarilə kütləvi insan qırğını və açıq şəkildə insanlıq əleyhinə cinayət idi. Cinayətin miqyasını və mahiyyətini daha da ağırlaşdıran əsas məqamlardan biri ondan ibarət oldu ki, fövqəladə vəziyyətin tətbiqi barədə rəsmi məlumat yalnız qətliam törədildikdən sonra — 1990-cı il yanvarın 20-si səhər saat 5:30-da radio vasitəsilə elan edildi.
Bakı şəhərinin komendantı V.Dubinyak tərəfindən verilən bu məlumat Sovet hakimiyyətinin hüquqi nihilizmini və açıq zorakılıq siyasətini bir daha sübut etdi. 20 Yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını faktiki olaraq itirdi. Bu faciə imperiyanın mahiyyətini, onun xalqlara qarşı apardığı məkrli siyasəti ifşa etdi və Azərbaycan xalqının müstəqillik ideyasını geri dönməz prosesə çevirdi. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verdi. O, həmin günlərdə Moskvada böyük risk bahasına açıq bəyanatla çıxış edərək, Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ rəhbərliyinin ağır cinayəti kimi qiymətləndirdi, bu qanlı hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etdi. Bu mövqe Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən tarixi qərar qəbul olundu.
Daha sonra, Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü il martın 29-da Milli Məclis səviyyəsində 20 Yanvar hadisələrinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Məhz bundan sonra faciənin əsl mahiyyəti hüquqi müstəvidə açıldı. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş 20 Yanvar qəhrəmanlarının xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu. Bu addımlar şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu gün Prezident cənab  İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Bu, Azərbaycan dövlətinin öz tarixinə, öz şəhidlərinə və milli yaddaşına sadiqliyinin təzahürüdür. 
20 Yanvar hadisəsi 1990-cı ilin qanlı faciəsi olmaqla yanaşı, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, dünya azərbaycanlılarının təşkilatlanmasında, müstəqil dövlətçilik ideyasının möhkəmlənməsində həlledici rol oynamışdır. Bu tarix həm faciə, həm də qəhrəmanlıq salnaməsidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Bu gün müstəqil, güclü və qalib Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin qanı bahasına qazanılmış azadlığın bəhrəsidir. Bu unudulmaz tarix xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə milli qürur və mübarizə nümunəsi kimi ötürüləcəkdir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri