Icma.az
close
up
RU
Azərbaycanın İstiqlal Mübarizəsi: 20 Yanvar faciəsindən zəfərə gedən yol

Azərbaycanın İstiqlal Mübarizəsi: 20 Yanvar faciəsindən zəfərə gedən yol

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il keçir. Hər il Azərbaycan bu günü hüzn günü, həmçinin şəhidlərimizin müqəddəs ruhunun anım günü kimi qeyd edir. Lakin eyni zamanda, 20 Yanvar, əsrlər boyu Azərbaycan xalqının yazdığı qəhrəmanlıq səlnamələrindən biri qeyd edilir”

Bunu Moderator.az-a açıqlamasında Millət vəkili Arzuxan Əlizadə deyib.

Millət vəkili diqqətə çatdırıb ki, həmin gün Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Keçmiş Sovet imperiyasının ən böyük gücləri üzərimizə gəldi:

“ O gecə Daxili Qoşunlar və Müdafiə Nazirliyinin müxtəlif təyinatlı qoşunları Bakıya daxil olaraq dinc əhaliyə – qadın, uşaq, yaşlı demədən – qəddarcasına hücum etdilər. Gülləbaran nəticəsində soyqırım həyata keçirildi. Əsas qətliam Bakıda baş versə də, Lənkəran, Salyan, Neftçala və digər bölgələrimiz də bu zorakılıqlardan yan keçmədi. Bu hərbi təcavüzün məqsədi Azərbaycanın milli azadlıq ruhunu sındırmaq, yüksələn milli hərəkatı əzmək idi. Lakin bu qətliam gözlənilən nəticəni vermədi, əksinə, xalqımızın milli azadlıq mübarizəsinə yeni bir ruh qatdı. Azərbaycan xalqı öz tarixi gen yaddaşını bərpa edərək müstəqilliyə doğru daha əzmkar mübarizə aparmağa başladı. SSRİ rəhbərliyi sonradan fərqinə vardı ki, Bakıda törədilən bu qətliam imperiyanın süqutuna aparan əsas səbəblərdən biri oldu. 20 Yanvar faciəsi, qurban verilən canlara baxmayaraq, milli iradənin gücünü və azadlığa olan sarsılmaz inamı dünyaya nümayiş etdirdi. Bu gün biz şəhidlərimizin ruhunu ehtiramla yad edir və azadlığımız uğrunda verdikləri misilsiz töhfələri qürurla xatırlayırıq. Azərbaycan xalqı müstəqillik əldə etmək uğrunda mübarizəyə qalxaraq qısa müddət ərzində müstəqilliyini bərpa etdi və dövlət quruculuğuna başladı. Lakin bu dövrdə üzərimizə çox böyük basqılar oldu. Müstəqilliyin ilk illərində biz hərbi təcavüzlə qarşılaşdıq. Keçmiş SSRİ imperiyasının varisi olan Rusiya və şimal qonşumuzun birbaşa dəstəyi ilə, həmçinin bir sıra digər güclərin dəstəyilə ermənilər torpaqlarımızın bir hissəsini işğal etdilər. Qarabağ və ətraf rayonlarımız işğal altına düşdü. Bu müstəqillik dövründə biz həmçinin qaçqın və köçkün problemləri ilə üzləşdik. Yüzminlərlə insan evini tərk etdi, iqtisadiyyatımız hələ tam bərkiməmişdi, ölkə yeni addımlarını atmağa başlayırdı və dövlətimizin üzərinə bir çox istiqamətlərdən hücumlar oldu. Lakin xalqımızın iradəsi və qüruru heç vaxt sınmadı. Biz ayaq üstə dik duraraq müstəqilliyimizi qoruyub saxlaya bildik”.

Millət vəkili diqqətə çatdırıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində böyük bir zəfər qazandıq. Torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edildi. Həmin zəfər, yalnız ərazi bütövlüyümüzü bərpa etmək deyil, həm də xalqımızın mübarizə ruhunun simvolu oldu:

“2023-cü ilin sentyabrında isə həyata keçirilən bir sıra antiterror əməliyyatları nəticəsində, 2023-cü ilin sentyabrın 10-dan 20-nə qədər olan dövrdə, ilk dəfə olaraq tam suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. Bu, müstəqillik dövründə əldə edilmiş ən böyük qələbələrdən biri idi. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə bütün Azərbaycan xalqı və ordusu birləşərək bu mücadiləyə qalxdı və yalnız torpaqlarımızı azad etməklə kifayətlənmədik, həm də ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdik. Azərbaycan artıq mübaliğəsiz olaraq bu regionun ən güclü dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan yalnız bölgəmizdə deyil, qlobal miqyasda da sözü keçən, əhəmiyyəti hiss olunan və hadisələrə, proseslərə təsir etmək imkanlarına malik olan bir dövlətdir. Biz regionda iqtisadi, siyasi və hərbi cəhətdən ən güclü dövlətdirik. Bu prosesləri davam etdiririk və bunu qürurla edirik. Biz həqiqətən də qürurluyuq – torpaqlarımızı işğaldan azad etdik, müstəqilliyimizi bərpa etdik və bu gün belə bir dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Bu gün Azərbaycanın müstəqilliyini əldə etməsi və güclü dövlət kimi fəaliyyət göstərməsi uğrunda qanından, canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Onların ideyaları uğrunda verdikləri fədakarlıqlar artıq gerçəkləşib, reallaşıb. Və bu gün biz fəxrlə Azərbaycan dövlətinin, güclü Azərbaycan dövlətinin vətəndaşı olduğumuzu hiss edirik”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri