Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“20 Yanvar xalqımız üçün eyni zamanda böyük qəhrəmanlıq günü idi” Qüdrət Həsənquliyev

“20 Yanvar xalqımız üçün eyni zamanda böyük qəhrəmanlıq günü idi” Qüdrət Həsənquliyev

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Moderator.az həmin müshahibəni təqdim edir:

- Qüdrət bəy, 20 Yanvar faciəsindən 36 il keçir. Milli Azadlıq Hərəkatının fəal üzvülərindən olmuş bir siyasətçi kimi o gün haqqında fikirlərini öyrənmək istərdik.

– 20 Yanvar xalqımız üçün böyük faciə, eyni zamanda böyük qəhrəmanlıq günü idi. Həmin gün sovet hakimiyyətinin mənəvi baxımdan tam çöküşü oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O zaman xalqımız təklənmişdi, dünya səsimizi eşitmirdi. Hadisənin səhərisi günü, 21 yanvarda Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü kimi dünyada tanınan Heydər Əliyev böyük vətənpərvərlik və cəsarət nümayiş etdirərək İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi bu qanlı cinayəti pislədi, dünyanın diqqətini dinc insanların qətliamına yönəldə bildi. O Milli Azadlıq Hərəkatına ciddi dəstək verməklə, 1991-ci ilin iyulunda Kommunist Pariyasının sıralarını tərk etməklə, Kommunist partiyasının və Sovet İttifaqının çöküşünə böyük töhfə vermiş oldu. Eyni zamanda həmin vaxt faktiki olaraq lidersiz qalmış xalqımızın önünə çıxan, böyük hörmətlə şəhidlərimizin dəfnini təşkil edən dini lider Şeyxülislam Hacı Allahşükür Paşazədəni böyük ehtiramla xatırlayıram. Xalqımız qarşısında böyük xidmətləri olub həyatını dəyişənlərə Allahdan rəhmət, yaşayanlara uzun və sağlam ömür arzu edirəm.

- Qüdrət bəy, Rza Pəhləvi İran üçün konstitusiyalı monarxiya dövlət quruluşu modelini təklif edib. Bu İran üçün məqbul sayıla bilərmi?

- Hazırda İran üçün ən uyğun variant Böyük Britaniyanın dövlət quruluşu ola bilər. Bu islahatı dini liderin həyata keçirməsi İran üçün ən uğurlu variant olardı. Dini lider Britaniyanın kralı statusunda qalır, ölkə parlamentli respublika modelini qəbul edir ,milili respublikalar formallaşır və İran federativ dövlətə çevrilir. Amma əsas sual budur ki, Xameneyi öz səlahiyyətlərinin məhdudlaşdırılması ilə razılaşarmı? Demokratiyanın olmadığı müsəlman ölkələri üçün demokratiyaya keçidi təmin etmək üçün konstitusiyalı monarxiya dövlət quruluşu ən ideal variantdır. Bu yolla qanlı inqilabları önləmək olar.

- İranda farslardan başqa digər xalqlar ölkədən qovulmuş şahın oğlu Rza Pəhləvini qəbul edəcəkmi?

- Rza Pəhləvi digər xalqların milli hüquqları ilə bağlı heç bir vəd vermir. Məsləhət görülsəydi danışardı. Ona görə də digər xalqların ciddi dəstəyini qazana bilmir. Həm də o digər diktatorun varisidir. Amma o ABŞ-də böyüyüb. Əgər ABŞ İranın demokratikləşməsini istəsə, İranda demokratiya qurmaq olar. Hərçənd bu çoxlu zaman alacaq və çox da asan olmayacaq.

- ABŞ niyə İranın demokratikləşməsini istəməsin ki?

- Çünki bu zaman İranda yaşayan digər xalqların milli hüquqları tanınmalı və İran ən azından federativ ölkəyə çevrilməlidir. Bunu isə gələcəkdə İranın bütövlüyünə təhlükə hesab edirlər. ABŞ-yə isə İran unitar dövlət kimi Türkiyə və türk dövlətlərinə ,ərəb ölkələrinə qarşı qoymaq üçün lazımdır. Sadəcə rejimi dəyişib İranı öz adamının idarə etməsini istəyir. Venesuellada olduğu kimi. Ona görə uzun illərdi İranda milli qüvvələrə siyasi dəstək vermir. Verilsəydi, çoxdan İranda böyük dəyişikliklər baş vermişdi. Həm də demokratik İran qısa bir müddətdə dünyanın güclü ölkələrindən birinə çevrilə bilər. İran onlara inkişaf etmiş sənaye ölkəsi kimi yox, xammal satan və özlərinin sənaye məhsulları üçün bazar kimi lazımdı. Müttəfiq hesab olunan Türkiyənin inkişafına yaradılan maneələri görürsünüz. Bununla yanaşı demokratik ölkələrlə anlaşmaq üçün xalqın iradəsi nəzərə alınmalıdır, amma adı respulika olsa da təkbaşına idarə olunan avtoritar rejimlərdə hər şeyi bir nəfərə qəbul etdirmək çox asan olar, xüsusilə ABŞ-də sığınacaq tapmış Pəhləviyə.

- İranda sabitliyin pozulması, ölkənin xaosa girməsi ölkəmizə sirayət edə bilərmi?

- Qətiyyən yox. Ölkəmizdə həllini gözləyən çoxlu problemlər olsa da, insanlar Prezidentin islahatlar həyata keçirəcəyinə inanır, təkamül yolu ilə inkişafı dəstəkləyirlər. Ölkəmizdə sabitlik və əminamanlıq var. Bu gün Qərbin böyük paytaxtlarında hava qaralandan sonra mərkəzi küçələrdən bir addım kənara qoysan ağır cinayətlərin qurbanı ola bilərsən. Həmin paytaxt şəhərlərində elə küçələr var ki, axşam saatlarında polis belə o küçələrə girməyə cəsarət etmir. İnsanlarımız bunu bilir və ölkəmizdəki vəziyyəti qiymətləndirməyi bacarır. Bununla yanaşı, vətəndaşlarımız tezliklə onların həyat şəraitini yaxşılaşdıracaq, insan hüquq və azadlıqlarının daha ciddi qorunmasını təmin edəcək böyük islahatlara başlanmasını da səbirsizliklə gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri