Icma.az
close
up
RU
200 manat cərimə qorxusu olan müəllim sinifə necə daxil olacaq? EKSPERT RƏYİ

200 manat cərimə qorxusu olan müəllim sinifə necə daxil olacaq? EKSPERT RƏYİ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Müəllim “sakitcə dərsimi deyim, maaşımı alım, kim nə edir, etsin”, prinsipi ilə işləyəcək, bundan ən çox ziyan çəkən də şagirdlər, ümumən təhsilimiz olacaq"

“Əlini partanın üstünə qoy!” deyib xətkeşlə 1-2 dəfə vuran müəllimlər dövründən “sabah 3 manat, 5 manat gətirin, test kitabı, dəftərlər, vərəqlər üçün”, süpürgə, xəkəndaz pulu yığmaqdan yavaş-yavaş üzük, sırğa, boyunbağı... üçün pulların yığıldığı dövrə gəlib çatdıq. Hələ bu harasıdır?!.

Bundan sonra şagirdə “gözün üstə qaşım var” deyən müəllim də cərimə olunacaq, valideynlər də. Uşağı döymək olmaz. Bəs tənbeh necə olmalıdır, bunun forması tapılıbmı, valideyn və ya müəllim uşağı necə tənbeh etməlidir? Cərimə təyin etmək, deyəsən son illərin ən asan işinə çevrilib. Cəriməni təyin et, vəssalam. Bəs sonrası? Bunu düşünən varmı görəsən? 

Qeyd eədk ki, İnzibati Xətalar Məcəlləsinə bu günlərdə edilən daha bir dəyişikliyə əsasən ölkəmizdə tərbiyə məqsədilə uşaqlara qarşı fiziki zorakılıq və ya psixoloji təzyiq göstərən valideynlər, müəllimlər və digər məsul şəxslər 200 manatadək cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə edilən bu dəyişiklik uşaqların fiziki və mənəvi toxunulmazlığını təmin etməyi hədəfləyir. Tərbiyə etmək adı altında uşağın döyülməsi, cismani cəza tətbiqi və ya psixoloji təzyiq fiziki zorakılıq kimi qiymətləndirilir. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şagirdə fiziki və psixoloji təzyiq göstərən valideynin 200 manat cərimələnəcəyi xəbəri cəmiyyətdə geniş rezonans doğurub: 

- Bu məsələyə emosiyalardan uzaq, dərindən baxaq. Əvvəla, bunu deyim ki zorakılığın heç bir növünə bəraət yoxdur. Müəllimin şagirdi təhqir etməsi, onun şəxsiyyətini alçaltması qətiyyən qəbul edilə bilməz. Bununla belə, biz hər zaman deyirik ki, tərbiyə ailədən gəlir, müəllimsə o tərbiyəni məktəbdə cilalayan, ona forma verən şəxsdir. Əgər bir uşağın ailədən gələn tərbiyəsində boşluqlar varsa, nizam-intizamı pozursa, müəllim o boşluğu cilalamağa çalışırsa, ona bir söz deməsinmi, onun səhvini üzünə deyib irad tutmasınmı? Biz qaş düzəldən yerdə vurub göz çıxarmalı deyilik. Əgər müəllimin üzərində 200 manat cərimə qorxusu olacaqsa, sabah o müəllim sinifə daxil olanda hansı həvəslə şagirdlərə doğru yol göstərəcək, onlara nizam-intizam öyrədəcək? Müəllim “sakitcə dərsimi deyim, maaşımı alım, kim nə edir, etsin”, prinsipi ilə işləyəcək, bundan ən çox ziyan çəkən də şagirdlər, ümumən təhsilimiz olacaq. Təhsil yalnız kitabdan oxunan informasiya deyil, müəllimin bir baxışı, bir iradı, bəzən yerində deyilmiş sərt bir söz şagirdi uçurumun kənarından qaytara bilər. Biz müəllimi elə vəziyyətə salmamalıyıq ki, o sinifdə şagird qarşısında aciz duruma düşsün. Şagirdin hüququnu qoruyaq, amma müəllimin də o tərbiyəni cilalamaq üçün lazım olan nüfuzunu əlindən almamalıyıq. Cərimə qorxusu olan yerdə pedaqoji fədakarlıq bitir, sadəcə formal iş qalır. Qanun işləməlidir, amma sui-istifadəyə yol vermək olmaz. Elə etməyək ki sabah övladlarımıza yol göstərən bir nəfər də olsun cəsarətli müəllim tapılmasın. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri