Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

200 milyon manat “Avromed Company”yə verilib amma…..

200 milyon manat “Avromed Company”yə verilib amma…..

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Son dövrlərdə Azərbaycanda şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilən dərman preparatlarına çıxışda ciddi problemlər yaşanır. Xüsusilə rayonlarda yaşayan xəstələrdən dərmanların vaxtında verilməməsi, çatışmazlıq və keyfiyyət məsələləri ilə bağlı narazılıqlar artır.

Rayonlarda dərman çatışmazlığı və keyfiyyət problemləri

Tovuz rayon sakinləri bildirirlər ki, poliklinikalarda dərman almaq üçün müraciət etdikdə sistemin tez-tez işləməməsi, dərmanların paytaxtdan vaxtında göndərilməməsi kimi problemlərlə üzləşirlər. Bənzər şikayətlər digər bölgələrdən də daxil olur. Xəstələr bəzən bir ay və daha çox müddətdə dərman ala bilmirlər.

Həmçinin, şəkərli diabet xəstələri dərmanların miqdarının azaldığını bildirirlər. Belə ki, əvvəllər 2 qutu insulin alan xəstələrə yalnız 1 qutu verildiyi iddia edilir. Keyfiyyət məsələsi də dilə gətirilən narahatlıqlar içindədir. Bəzi xəstələr xaricdən gətirilən insulinlərin daha effektiv olduğunu bildirirlər. Şəkərin səviyyəsini ölçmək üçün zəruri test vasitələrinin sayının azaldığı da vurğulanır.

Xəstələrdən bəziləri isə dövlət tərəfindən verilən dərmanların apteklərdə satılmasına etiraz edirlər. Onların sözlərinə görə, poliklinikalarda “tapılmayan” dərmanlar bəzən apteklərdə satılır və nəticədə bu vasitələrə əlçatanlıq çətinləşir. Bu problemlər bir günün, bir ayın deyil, uzun illərdir davam edən ciddi narahatlıq mənbəyidir.

“Avromed Company” və dövlət tenderləri

Maraqlıdır ki, elə ölkədə şəkərli diabet xəstələri üçün dərmanların satın alınmasında “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti də uzun illərdir əsas oyunçulardandır. Şirkət 2025-ci il ərzində dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gələrək ümumilikdə 116 milyon manatdan çox müqavilələr imzalayıb.

Məsələn, 2025-ci ilin aprelində Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən keçirilən tenderdə “Avromed” 51,2 milyon manatlıq müqavilə qazanıb. Bu tender çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin alınması nəzərdə tutulub.

Ötən illərdə də şirkət bu istiqamətdə keçkirilən dövlət tenderlərində qalib olaraq böyük məbləğlərdə müqavilələr bağlayıb:

2024-cü ildə – 50,2 milyon manat 2023-cü ildə – 45,8 milyon manat 2022-ci ildə – 42,9 milyon manat 2021-ci ildə – 10,2 milyon manat

Şirkət və əlaqəli şəxslər haqqında

“Avromed Company” Azərbaycanın aparıcı dərman təminatçılarından biridir. Hüquqi ünvanı Neftçilər prospekti, ev 153-də yerləşir. Qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur.

Şirkətin yaradıcısı millət vəkili Cavanşir Feyziyevdir. O, 2002-2010-cu illərdə “Avromed Company”nin baş direktoru olub. C.Feyziyev 2015-ci ildə millət vəkili seçildikdən sonra 2016-cı ildə şirkətin səhmlərini satdığını bildirir.

Şəkərli diabet xəstələrinin dərmanlara əlçatanlığında mövcud çətinliklər ölkə miqyasında geniş yayılmış problemdir. Bu sahədə dövlət tərəfindən böyük məbləğdə tenderlər keçirilir, “Avromed Company” isə bu tenderlərin əsas qaliblərindən biridir.

Buna baxmayaraq, dərman çatışmazlığı, dərmanların keyfiyyəti və ədalətli paylanması ilə bağlı problemlər hələ də aktual olaraq qalır. Bu sahədə idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılması zəruridir, desək, yanılmarıq.

AFN.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri