Icma.az
close
up
RU
2009 da Türkiyənin Bakıya qarşı faciəvi həmləsi: qarşısı necə alındı? Sabiq nazir açıqlayır

2009 da Türkiyənin Bakıya qarşı faciəvi həmləsi: qarşısı necə alındı? Sabiq nazir açıqlayır

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2009-cu ildə Sürix protokolları imzalananda mən Tbilisidə idim. İlk olaraq dedim ki, bu, mənfi addımdır. Sual yaranırdı: Türkiyə rəhbərliyi niyə belə bir addım atır? Bu, Azərbaycanın milli maraqlarına zidd idi”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində danışıb.

“O vaxt Türkiyə ilə xeyli danışıqlar aparmışdıq. Həmin dövrdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Ermənistanın isə Edvard Nalbandyan idi. Türkiyə bizə bildirirdi ki, ABŞ-dan ciddi təzyiqlərlə üzləşirlər. Həmin dövrdə ABŞ-da Barak Obama administrasiyası hakimiyyətdə idi. Deyirdilər ki, bizi başa düşün, NATO ölkəsiyik, ABŞ-la münasibətləri təhlükəyə ata bilmərik.

Bundan sonra Prezident belə bir qərar qəbul etdi ki, Türkiyəyə çoxsaylı deputatlar göndərilsin və məsələ ictimai şəkildə izah olunsun. Baş nazir vəzifəsində olan Rəcəb Tayyib Ərdoğan başa düşdü ki, ictimaiyyət bu addımı qəbul etmir.

Türkiyə tərəfi bizə dedi ki, protokolları imzalayacağıq, amma ratifikasiyadan keçirməyəcəyik. Buna baxmayaraq, şübhələr qalmaqda idi. Baş nazir Ərdoğan çox müdrik siyasətçi idi, vəziyyəti düzgün qiymətləndirdi. Birdən xəbər aldıq ki, o, Azərbaycana rəsmi səfər etmək niyyətindədir. Ərdoğan Milli Məclisdə çıxış etmək istəyini bildirdikdə, artıq anladıq ki, Türkiyə Sürix protokollarını qəbul etməyəcək”, – E.Məmmədyarov bildirib.

Qeyd edək ki, Ermənistan Kəlbəcəri işğal etdikdən sonra Türkiyə Ermənistanla sərhədləri bağlamışdı.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri