Icma.az
close
up
RU
2024 cü ildə Banklararası Kart Mərkəzinin fəaliyyəti açıqlanıb

2024 cü ildə Banklararası Kart Mərkəzinin fəaliyyəti açıqlanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 iyun, AZƏRTAC

2024-cü il ərzində Banklararası Kart Mərkəzi üzərindən milli valyutada emal olunan əməliyyatların həcmi 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon dollar və 29,6 milyon avro təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, 31.12.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 19,9 milyon ədəd, bankomatların sayı 3,3 min ədəd, POS-terminalların sayı isə 119,5 min ədəd təşkil edib. 2024-cü il ərzində ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların həcmi 60,9 faiz artaraq 78,9 milyard manat təşkil edib. 2023-cü illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4 faiz, həcmi isə 69,8 faiz artıb. Ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 2023-cü illə müqayisədə 8,6 faiz bəndi artaraq 64,2 faizə bərabər olub.

2024-cü ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2023-cü illə müqayisədə 20,7 faiz, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2 faiz artıb.

Hesabat ilində Milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat (ÜDM-in 6 misli), ödənişlərin sayı isə 168,6 milyon ədəd olub. Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya olunmuş qurumlar üzrə 1200-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunub. HÖP üzərindən 2024-cü il ərzində emal olunan əməliyyatların həcmi 8,1 milyard manat təşkil edib və bu əməliyyatların 71,3 faizi nağdsız formada aparılıb. Əməliyyatların ümumi həcmi 2023-cü illə müqayisədə 16,4 faiz, o cümlədən nağdsız əməliyyatların həcmi 20,9 faiz artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri