Icma.az
close
up
RU
Gənclər Fondunun 2024 cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib

Gənclər Fondunun 2024 cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib. Komitənin sədri Şahin İsmayılov iclası açaraq Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Newscenter.az-ın xəbərinə görə, iclasın 2 fevral Gənclər Günü ərəfəsində keçirildiyini deyən Şahin İsmayılov bu əlamətdar gün münasibəti ilə gənclərə öz təbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib. O, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, Ümummilli Liderin müvafiq sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini vurğulayıb.
Komitə sədri Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın qəbul edildiyini, Gənclər Fondunun bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclər siyasətinin daim dövlətimizin prioritetləri sırasında olduğunu, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı mühüm addımların atıldığını deyib. Azərbaycan Prezidentinin gənclərin ictimai-siyasi həyatda aktiv iştirakı ilə bağlı söylədiyi fikirlərə diqqət çəkərək, onların bu tövsiyələrdən yararlanaraq fəaliyyət göstərdiklərini bildirib.
Komitə sədri ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün yaxşı maddi-texniki bazanın mövcud olduğunu söyləyib. O, Azərbaycanda gənclər siyasətinin formalaşmasında Gənclər və İdman Nazirliyinin, Prezident Administrasiyasında müvafiq şöbənin, Milli Məclisdə aidiyyəti komitənin, 300-dən çox gənclər təşkilatlarının önəmli rolunu vurğulayıb.
Sonra iclasda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilovun Fondun 2024-cü il ərzində fəaliyyətinə dair təqdimatı dinlənilib. Diqqətə çatdırılıb ki, Gənclər Fondu ötən müddət ərzində gənclərin inkişafına xidmət edən və ictimai həyatda onların fəallığını artıran layihələrə dəstək göstərib, gənclərə öz təşəbbüsləri ilə çıxış etmək, fərdi layihələri həyata keçirmək imkanı yaradıb.
Qədir Xəlilov “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilmiş gənclər təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində reallaşdırılan layihələrin ölkə gəncliyinin ekoloji maarifləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində görülən işlərə effektiv təsirindən bəhs edib. Bununla yanaşı, həm gənclər, həm də gənclər təşkilatları üçün ilk dəfə həyata keçirilən “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin rəqəmsal texnologiyalar sahəsində gənclərin potensialının aşkara çıxarılmasındakı önəmi vurğulanıb.
Ötən müddət ərzində həyata keçirilən Səyyar Gənclər Xidməti, Yay Fest, İntellektual Klubların Gənclər Liqası, Azərbaycan Könüllülük Həftəsi kimi irimiqyaslı layihələrin gənclərin şəbəkələşməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi və dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində Fondun gördüyü işlərdən söhbət açılıb.
Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda formalaşması, asudə vaxtının səmərəli təşkili, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, region gənclərinin ictimai fəallığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin vacibliyindən danışılıb, bu istiqamətdə lazımi addımların atıldığı bildirilib. Qeyd edilib ki, gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən daim dəstəklənir, ölkəmizdə həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafına, o cümlədən onların təhsil səviyyəsinin yüksəldilməsinə, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının qorunmasına xidmət edir. Yaradılan imkanlardan bəhrələnən gənclərimiz bu gün öz bilik və bacarıqlarını siyasi, sosial-ictimai, idman, mədəniyyət və digər sahələrdə fəal surətdə nümayiş etdirirlər.
Qədir Xəlilov öz çıxışında Azərbaycan Gənclər Fondunun beynəlxalq fəaliyyəti barədə də məlumat verib. O, Fondun müxtəlif layihələrin icrasında, konfranslarda, ayrı-ayrı ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təmsil etdiyini, təcrübə və informasiya mübadiləsində fəal iştirakını qeyd edib.
O, həmçinin, Gənclər Fondu və gənclər təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında Milli Məclisin Gənclər və idman komitəsinin rolundan, birgə əməkdaşlığın əhəmiyyətindən söhbət açıb.
Müzakirələr zamanı parlamentin Gənclər və idman komitəsinin üzvləri, digər komitələrdən dəvət edilmiş deputatlar Azər Allahverənov, Vüqar İskəndərov, Naqif Həmzəyev, Göydəniz Qəhrəmanov, Pərvanə Vəliyeva, Məzahir Əfəndiyev, Ülvi Quliyev, Asif Əsgərov, Eyvaz Qurbanov, habelə iclasda iştirak edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Rəşad Zeynalov, “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyinin sədri İntiqam Cavanşir, “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək təqdimatı müsbət dəyərləndiriblər, ötən il ərzində həyata keçirilən layihələr, əldə olunan uğurlar, qarşıya qoyulan hədəflər və cari ilin fəaliyyət istiqamətləri haqqında öz fikirlərini bölüşüblər. Çıxışlarda dövlət gənclər siyasətinin inkişaf etdirilməsi və müasir dünyanın çağırışlarına uyğunlaşdırılması ilə əlaqədar bəzi təkliflər səsləndirilib.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışlarda səslənən fikirlərə münasibət bildirib.
İclasa yekun vuran parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov müzakirələrin səmərəli keçdiyini söyləyib və iştirakçılara təşəkkürünü bildirib.
Tədbirdə deputatlar Səbinə Xasayeva, Mircəlil Qasımlı, Anar Məmmədov, Mahir Süleymanlı, Vasif Qafarov, habelə Gənclər Fondunun şöbə müdirləri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Yanvar 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri