Icma.az
close
up
RU
2024 cü ildə təhsilə bu qədər vəsait xərclənib

2024 cü ildə təhsilə bu qədər vəsait xərclənib

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış 227,8 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, təhsil sahəsinə dövlət büdcəsi xərclərinin 12,2 faizi həcmində və ya 4617,8 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da 2023-cü illə müqayisədə 247,2 milyon manat və ya 5,7 faiz çoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatında qeyd olunub.  

Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,1 faiz-bənd, mütləq ifadədə isə 1615,7 milyon manat və ya 1,6 dəfə artmışdır.
Funksional təsnifata uyğun olaraq (məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla), təhsil xərcləri üzrə istifadə olunmuş vəsaitin 2289,4 milyon manatı     (2023-cü illə müqayisədə 45,3 milyon manat və ya 2,0 faiz çox ) və ya 52,1 faizi ümumi təhsil xərclərinin, 903,6 milyon manatı (2023-cü illə müqayisədə 15,4 milyon manat və ya 1,7 faiz çox) və ya 20,6 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (məktəbdənkənar təhsil müəssisələrinin, ərazi maliyyə hesablaşma mərkəzlərinin və mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması xərclərinə, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) və təhsil sahəsində digər tədbirlər), 579,4 milyon manatı (2023-cü illə müqayisədə 117,1 milyon manat və ya 25,3 faiz çox) və ya 13,2 faizi ali təhsil xərclərinin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və digər ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyə təminatı ilə bağlı xərclər), 423,7 milyon manatı (2023-cü illə müqayisədə 70,5 milyon manat və ya 19,9 faiz çox) və ya 9,7 faizi məktəbəqədər təhsilin, 92,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsilinin, 77,1 milyon manatı (2023-cü illə müqayisədə 11,7 milyon manat və ya 17,9 faiz çox) və ya 1,8 faizi peşə təhsilinin, 18,7 milyon manatı (2023-cü illə müqayisədə 8,2 milyon manat və ya 1,8 dəfə çox) və ya 0,4 faizi əlavə təhsilin, 5,9 milyon manatı və ya 0,1 faizi təhsil sahəsində tətbiqi tədqiqatların maliyyələşdirilməsinə yönəldilib. 

Bununla yanaşı, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına 2024-cü il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 12528 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 665 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 1600 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış 667 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 574 nəfər, şəhid ailəsinin üzvü 11 nəfər, eləcə də sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssiələrində 2299 nəfər və peşə təhsili müəssiələrində 185 nəfər, cəmi 18529 nəfər tələbənin 51,4 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrə 2,6 milyon manat təqaüd xərcləri, cəmi 54,0 milyon manat sərf edilib. 

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri